heqiqi-dusmenin-ozunsen

Həqiqi düşmənin özünsən

Düşmənin kimdir?
Biz çox vaxt düşməni ətrafımızda  axtarırıq.  O, məni mühakimə edir- digəri, məni ruhdan salır- dəstək olmurlar.  Lakin həqiqət budur ki, ən böyük düşmənimiz, bizi ən çox incidə bilən özümüzük.
Özünə düşmən və ya müttəfiq olmağı seçə bilərsən.  Sənin həyatına kömək edəcək və ya mane olacaq səndən daha güclü heç kim olmayacaq, ona görə də bu mövzuda diqqətlə düşün.
İnsanın özü ilə potensialı arasına qoyduğu hər divar “maneə”dir. Tim Gallwey bunu “potensial - maneə = performans” düsturu ilə izah edir.
Biz hər gün özümüzü tənqid edirik. Özümüz haqqında mənfi şeylərə inansaq, əsl potensialımızı geridə saxlaya bilərik.  Bu zərəri özünə etdiyin qədər heç kəs edə bilməz.

Bəs bizim özümüzə qoyduğumuz ən ümumi maneələrə nələrdir?

Özgüvən əksikliyinin yaranma səbəbləri:
•    Özünü daim müqaisə etmək:
•    Psixoloji zorakılıq:
•    Mühit (ailə):
•    Işsizlik:
•    Məsuliyyət almamaq:
•    Tənqidlərə qarşı həssas olmaq:
•    Kiçik və ya böyük uğur qazanmamaq:
•    Öz potensialın fərqinə varmamaq:

Bu siyahı sənə nə qədər tanış gəlir və ya yaxındır? Gəl, bəzi nüanslara diqqət yetirək
Özünə dəyər verə bilməmək
Özünü başqaları üçün yaşatmaq, özünü görməməzlikdən gəlmək və ya sona atmaq bizi həyatın qurbanına çevirir.  Ancaq həyatımızı həsr etdiyiniz insanların xoşbəxtliyi üçün ilk növbədə sağlam, güclü və xoşbəxt  olmalıyıq.  Unutmamalıyıq ki, oksigen maskasını əvvəlcə özümüzə, sonra yanımızdakına taxmalıyıq. 
Məsləhət: Buna görə də başqaları üçün deyil, özümüzü daxil etdiyimiz ümumi məqsədləri inkişaf etdirməyə çalışmalıyıq. Şəfqət ilk addımdır.  Sonrakı, özünüzə tərəf tutmağa icazə verməkdir.  Səni aşağılayan şəxslər ilə razılaşma, əksinə  müdafiə olun.  Bu, səhvlərə məhəl qoymayacağın anlamına gəlmir, lakin bunları qəzəblə deyil, şəfqətlə də idarə etmək olar. Özün üçün şəfqət inkişaf etdir.  Ən sərt  tənqidçin deyil də - əvəzində niyə elə özün ən böyük dəstəkçin çevrilməyəsən?  Bu, sənə daha çox güc verəcək və işləri uğurla həll etməyə kömək olacaq.

 Zamani idarə edə bilməmək
 Əslində biz çox vaxt istədiyimiz bir çox şeyi “vaxtımız olmadığına görə” təxirə salırıq.  İllərdir getmək istədiyimiz, amma vaxt tapa bilmədiyimiz imkanlar var.  Bizi həmişə həyəcanlandıran hobbimizə başlamaq üçün işi növbəti aya buraxırıq.  Bizim kitab oxumağa belə vaxtımız “yoxdur”. Əslində isə hər şey planlaşdırma məsələsidir.  
Məsləhət: Həftəlik, aylıq və illik planlar bizə bir çox şeylər üçün kifayət qədər vaxtımızın olduğunu görməyə imkan verəcək.  Hədəflər qoy,  reallaşdırmaq üçün zaman tanı və əsas da çatdıqda əldə edəcəyin faydalarl qeyd etməyi unutma. 

 İstismar olunmaq
 Bəzən ətrafımızda enerjimizi boşaldan insanlara çox yer veririk.  Dəyişməyimizə mane olmaq üçün daim bəhanələr və səbəblər tapan bu insanlar az qala içimizdəki şövqü hopdururlar. 
Məsləhət: Belə insanları tanımaq, onlarla keçirdiyimiz vaxtı məhdudlaşdırmaq və ünsiyyətimiz üçün ən uyğun formatı tapmaq lazımdır.  Yaxşı olardı ki, sənə mane olmaq əvəzinə dəstək olacaq yeni dostlar qazanasan və xüsusən də həyatında geniş dünyagörüşü, enerjisi yüksək, müsbət enerjisi olan insanlara daha çox yer ayırasan.

 Yaşı bəhanə etmək.
Bəzən nəsə etmək istəyirik, amma “bu yaşda da olmaz” deyib özümüzə mane oluruq. 
Məsləhət: Başlamaq üçün çox yaşlı (yaxud çox gənc) olduğumuz düşüncəsi həvəsimizi söndürmək üçün kifayətdir. Ancaq məşhur rəssam Vincent van Gogh 27 yaşına qədər fırça götürmədi və Leonard Cohen 40 yaşında onu məşhurlaşdıran musiqi albomunu buraxdı.  Yaş bizə bəzi işlərdə üstünlük və ya mənfi cəhətlər verə bilər, o qədər. Arzun varsa, istənilən yaşda reallaşdıra bilərsən. 

 Maliyyə problemləri.
 İstədiyimiz bir çox şeydə olduğu kimi, yüksək xərclər özümüzü dəyişdirmək üçün atmağı planlaşdırdığımız addımlarda bizə mane ola bilər. 
Məsləhət: Belə olan halda “pul yoxdur” təxmin etmək əvəzinə həm xərclərin azaldılması variantlarını axtarmalı, həm də öz maliyyə vəziyyətimizi yaxşılaşdırmağa çalışmalıyıq. Elə indi hərəkətə keç, bir balaca not dəftəri götür və qeydlər apar. Əlinə aylıq nə qədər pul gəlir? Nələri almasan da olar kimi suallar ver özünə və qeydlər apar. Öz büdcəni idarə edə bilməklə, çox şeyə nail olacaqsan.

 Mükəmməllik şərtini qoymaq.
 Görəcəyimiz işdə mükəmməllik şərtinin qoyulması çox vaxt özü ilə o işə başlaya bilməmək maneəsini də gətirir. 
Məsləhət: Heç kim mükəmməl deyil və heç bir iş ilk addımlarında mükəmməl icra edilməyib. Sın sına, öyrən və səhv etməkdən qorxma

Ən önəmlisi də özünü motivasiya etmə üsullarını tap. Bu mərhələdə bəzi yardımçı vasitələrə toxunaq:
•    Şəbəkələş
•    Maraq dairəni kəşf et
•    Gələcəyini təsəvvür et
•    Güclü tərəflərini, istedadları və nailiyyətlərini tanı
 •    Başqalarına kömək et
•    Böyük hədəfi kiçik hədəflərə ayır və çatana qədər dayanma
 
Bu siyahı sadəcə bizim sənə tövsiyəmizdir. Seçim əlbəttə ki, yenə də ÖZÜNSƏN
Uğurlar!