hessas-qrupdan-olan-genclerin-ictimaiyyet-arasinda-adaptasiyasi-ve-bu-prosesde-gencler-teskilatlarinin-rolu-hemcinin-bu-istiqametde-layihelerin-hazirlanmasi-movzusunda-muzakireni-qacirma--

“Həssas qrupdan olan gənclərin ictimaiyyət arasında adaptasiyası və bu prosesdə gənclər təşkilatlarının rolu, həmçinin bu istiqamətdə layihələrin hazırlanması” mövzusunda müzakirəni qaçırma

Əziz tələbələr,

Hər il ənənəvi olaraq keçirilən panel görüşlərinin 2-ci mərhələsi 11 avqust tarixində baş tutacaqdır.

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (@nayora_official) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər təşkilatlarının nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr aparacaq və gənclərin suallarını cavablandıracaqlar.

İkinci Panel görüşünün müzakirə mövzusu “Həssas qrupdan olan gənclərin ictimaiyyət arasında adaptasiyası və bu prosesdə gənclər təşkilatlarının rolu, həmçinin bu istiqamətdə layihələrin hazırlanması” olacaqdır.

İkinci panel çıxışçıları:
1. Amid Həsənquliyev - Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi
2. Araz Əhmdov - İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi
3. Nailə İsmayılova - Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi
4. Nigar Ələsgərova - Odlar Yurdu Gənclər İctimai Birliyi

Qeydiyyat üçün link