heyat-balansini-nizamlamagin--5-usulu

Həyat balansını nizamlamağın 5 üsulu

Həyat-müxtləlif məsuliyyətlərin arasında balansı qorumaqdan ibarətdir. 

           Bəzən iş, ailə, maddi rifah, münasibətlər, sağlamlıq və digər həyati amillər arasında tarazlıq qurmaqda çətinlik çəkə bilirik. Müxtəlif dövrlərdə nələrisə öncəliyə alıb, nələrisə daha az diqqətə alaraq, bu balansı pozmuş oluruq. İlk növbədə onu qeyd edək ki, bu NORMALDIR. 
Yəni, hazırda bu dönəmlərdəsənsə, özünü qınamaq, günahkar hiss etmək və ya motivasiyadan salmağa tələsmə. Sadəcə peşəkar iş mühitində dayanıqlı olmaq və işini məsuliyyətlə icra etmənə kömək olacaq balansı tapmağa çalış. Önəmli olan özünə zaman tanıyıb, yenidən tarazlığı bərpa etməyə cəhd göstərməkdir. 
         Məhz bu mərhələdə çətinlik yaşayırsansa, bizimlə birgə 5 qızıl qaydaya nəzər salaq:
1.  Balans anlayışını analiz et
Sənin üçün balans nə deməkdir? Ümumiyyətlə, balans, stabillik, dayanıqlılıq sənin üçün önəmlidirmi? Bəlkə xaotik yaşam tərzi və ya dinamik dəyişikliklər sənə görədir? Bir sözlə, özünün hansı həyat tərzində daha yaxşı, peşəkar və xoşbəxt hiss etdiyini müəyyənləşdir. 
Özünü qətiyyət hərkəsləşdirmə. Sənə görə uyğun olanı seç və işində uğurlu olmağa səy göstər. 
Öz analiz və bacarıq təhlilindən sonra məhz sənə lazım olan balansı və prinsipləri özün üçün təyin edə, izləyə biləcəksən. Əks təqdirdə, istənilən tövsiyə və qaydalar sənin həyatında balansı yarada bilməyəcək. 
2. Çox öhdəlik götürmə
Gündəlik olaraq bir çox öhdəliklər icra edirik. Lakin sənin həmin öhdəlikləri icra edə bilmə qabilliyimiz hər gün eyni olmur. Bu səbəbdən məsuliyyət götürməzdən öncə, hazırki vəziyyəti analiz et və öncəliklərə böl. Bu bölgüdə özünə ayıracağın zaman öncəliyini unutma. Bunun üçün:
•    Özünə ən azı 1 saat ayır 
•    Sənə hüzur verən məşğuliyyətə başla (meditasiya və s)
•    Sevdiklərin ilə vaxt keçir (ailə, dostlar və s)
Bu proses sənə özünü bərpa və yenidən işə başlama qabilliyinə gətirə bilər. Lakin yenə də, özünə aid üsulları kəşf etməkdən çəkinmə. 
Nəticə etibarı ilə, işlərini öncəliyə görə etdikdə, zamanında iş yükünü icra etmiş, stressi azlatmış olacaqsan. 
3.  YOX deməyi bacar
Bəzən insanlar konfort zonadan çıxmamaq üçün yeni imkanlara da yox deyir, dəyişiklikdən qaçırlar. Bəzən isə peşəkar inkişaf və şəxsi rifah üçün faydalı olmayan məşğuliyyətlərə durmadan hə deyirlər. 
Bunun başlıca səbəbi öz istəklərini, məqsəd və planlarını idarə edə bilməmələrindən irəli gəlir. Konkret hədəflər təyin et və ona doğru addımlar at. Bu yolda lazım olacaq, fayda verəcək işlər ilə məşğul ol. Belə halda özünü daha önəmsiz işlər ilə yorub, vacib qərarlarda duruxmaqdan azad etmiş olacaqsan. Önəmli olan, özünü və məqsədini tanıman, o istiqamətdə mövcud imkanlara HƏ, vaxtını və enerjini alacaq işlərə isə YOX deyə bilməkdir. 
4.  Məkanlar təyin et
Rutin həyat və məsuliyyət çoxluğu dayanıb, tarazlıq yaratmaq, işləri yoluna qoymaq, sonra yenidən davam etməyə imkan verməyə bilir. Bu səbəbdən bizə bunu vadar edəcək, bu prosesin icrasına kömək olacaq məkan və mühitlər yaratmalıyıq. Bəzən gündəlik iş mühitində və ya ailə məişət mühitində öhdəlikləri kənara qoymaq olmadığından, tək qalıb, yenidən bərpa ilə məşğul olmaq daha əlverişlidir. 
Bəs bu mühit və məkanlar necə olmalıdır? İlk növbədə səs-küylü yer seçmə, sənə rahatlıq və sakitlik gətirsin. Həmin məkanda səni narahat edəcək, əşya və ya şəxslər olmamalıdır. Yaxınların bilmədiyi, səxsi əşyaların toxunulmadığı bir məkan. Belə bir yer təyin etdikdə oranın işıqlandırılması, musiqi və ya qoxular haqqında düşün. O məkanı nə qədər özününzküləşdirsən, özünə aid etsən, bir o qədər eyni yerdə balans və tarazlıq üçün gəlib, restart etmə refleksini formalaşdırmış olacaqsan. 
5.  Sağlamlığına fikir ver
Məqsədlər önəmlidir, lakin səhhət problemləri sırasında öncəlikdə olmur. Bu səbəbdən gündəlik sağlam həyat tərzi vərdişlərini formalaşdırmağa səy göstər. Səhhətin qaydasında olduğu zaman, fiziki problemlər səni balansda saxlayar, hormonal dəyişikliklər tarazlığını pozmaz. 
Sağlam həyat tərzi yalnız pəhriz və ya idman deyil. Özünə uyğun qidalanma və hərəkət rutini seç, vərdiş halına gətir və icra etməyə çalış. Bir müddət sonra təsirini görəcəksən 
Bu köməkçi vasitələr yeqanə çıxış yolu deyil, lakin inkişafında qarşıya çıxacaq və səni tarazlıqdan çıxardacaq amilləri aradan qaldırmağa yardım edəcəkdir. 
Həyatına balans qat !
Uğurlar !