heyatda-geri-qaytara-bilmeyeceyimiz-6-sey--

Həyatda geri qaytara bilməyəcəyimiz 6 şey

Həyatda geri qaytara bilməyəcəyiniz müəyyən şeylər var. Düzəlişlər edə və ya əlinizdən gələnin ən yaxşısını edə bilərsiniz.
Bununla birlikdə, aşağıdakı altı şey həyatınızda heç vaxt tam bərpa edə bilməyəcəyiniz şeylərdir.
Fürsətlər
Tez-tez deyirlər ki, ən böyük peşimançılıq heç vaxt dəyərləndirilməyən fürsətlərdir. Hər kəsin ayağına gələn fürsəti dəyərləndirmədiyi ilə bağlı bir təcrübəsi var. 
Əlbətdə, fürsətləri dəyərləndirməməyin bəzən yaxşı səbəbləri olur. Ancaq bu bəzən də qorxudan və ya çox vaxt sərf etmək kimi fikirlərdən qaynaqlanır və sonrakı mərhələdə ömrünüzün sonuna qədər heyfslənəcəyiniz bir peşimanlığa çevrilə bilər.
Fürsətlər tez-tez qarşımıza çıxır, buna görə də vaxtı çatanda həmin fürsəti dəyərləndirmək üçün hazır olmaq da vacibdir. Əvvəlcə fürsəti qiymətləndirdiyinizə və bunun yaxşı və ya yanlış seçim olmasının səbəblərini araşdırdığınıza əmin olun. Komfort zonanızdan çıxmaq qorxusunun bir fürsəti əldən verməyinizə səbəb olmasına icazə verməyin.
İtirilmiş inam və ya etibar
Etibar itirildikdən sonra heç vaxt tam bərpa oluna bilməz. Vəziyyəti yaxşılaşdırmaq üçün edə biləcəyiniz şeylər olsa da, qazandığınız etibarı itirmisinizsə, onu yenidən əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil.
Əlbətdə bu vəziyyətin yaşanmamasının ən yaxşı yolu ilk etimadı itirməməkdir. Ancaq bəzən bunun qarşısını almaq olmur. Bununla birlikdə, insanların əksəriyyəti üçün inamını boşa çıxarmaq bir dostunu, bir ailə üzvünü və ya sevdiyin birini itirmək kimidir. Ona heç vaxt əvvəlki kimi baxa bilmirsən.
Deyə biləcəyiniz çox az şey var, yalnız hərəkətləriniz itirilmiş etibarın bir hissəsini bərpa edə bilər. Olmağınızı istədikləri insan olun, edə biləcəyiniz ən yaxşı şey budur.
Vaxt
Heç kim zamana qalib gəlmək iqtidarında deyil. Ən yaxşı idmançılar və ən ağıllı insanlar belə bunu bacara bilməyiblər. Zamanın keçməsi kainatda qarşısı alınmaz prosesdir. Keçmişi yada saldıqda "Ötən günləri geri qaytarmaq olmur" ifadəsinin necə də doğru olduğunu görürük.
Ötən günləri geri qaytarmaq mümkünsüz olsa da, hər anınızı ən yaxşı şəkildə dəyərləndirə bilərsiniz. Həyata bir sıra anların toplusu kimi baxırsınızsa, xatırlamağa dəyəcək kimi yaşamaq ən yaxşı üsullardan biridir. 
Deyilən sözü geri götürmək
Bəzən özümüzdən çıxıb söylədiyimiz və dərhal peşiman olduğumuz vaxtlar olur. Hər kəsin başına gəlir. Ancaq dediyimiz acı sözləri geri götürmək belə əvvəlki vəziyyəti tam bərpa etmir. Üzr istəsək belə, bu münasibəti əvvəlki vəziyyətinə qaytarmır. 
Yanlış mühakimə 
Birisini həqiqətə uyğun olmayan söz-söhbətlərə görə mühakimə etdikdə, onlarla fərqli davranmağa başlayırsınız. Birisi haqqında sonradan həqiqətə uyğun olmayan bir şayiə eşitdiyinizi düşünün. Əgər bu söz-söhbətləri heç eşitməsəydiniz, onlarla fərqli davranardınız.
Münasibətləriniz bildiklərinizə və gördüklərinizə əsaslanmalıdır. Sağlam bir əlaqənin əsası budur.
Ötürülmüş anlar
Həyat anlardan ibarətdir. Dəyər verdiyinizi göstərə biləcəyiniz bir an gəldikdə, bir insanın söykənə biləcəyi çiyin olun, və ya birinin pis bir təcrübədən sağalmasına kömək edin. Bu vəziyyətlər hər kəsin həyatında baş verir və insanlar çətin günlərində yanında dayanan adamlarla xüsusi və möhkəm bağlar qururlar. Bu kimi vaxtları, sizə ehtiyac duyulan və ya kömək edə biləcəyiniz vəziyyətləri əldən verməməyə çalışın. Sonrakı mərhələdə həmin an kömək etmədiyiniz üçün peşimançılıq çəkə bilərsiniz.