heyatiniza-tarazliq-getirin--

Həyatınıza tarazlıq gətirin

Hamımızın içində biri iş üçün, digəri ruh üçün olan iki mənlik var. 
Mənliklərimizdən biri bədidir: O, xəyalpərəstdir, həmişə ürəyimizin və hislərimizin arxasınca qaçandır. Özümüzü daha xoşbəxt hiss etmək üçün olmasına can atdığımız şeydir. Ruhumuzun ehtiyaclarını doyuran mənlikdir. 
Digəri isə daha ciddi və məqsədyönlüdür. O, bizim məsuliyyətlərimizin - ödənəcək borcların və ya süfrəyə qoyulacaq yeməklərin olduğunu bilən mənlikdir. Məhz  bu mənlik  bizə məsuliyyətlərimizi dərk etməyə  kömək edir və gündəlik ehtiyaclarımızı ödəmək üçün bizi fəaliyyətə sövq edir. 
Bəs hansı doğru, hansı yanlışdır? İçimizdə hansı mənliyi bəsləməliyik?
Cavab əlbəttə ki, bizim bütövlüyümüzə inanılmaz dərəcədə dəyərli şeylər gətirən hər ikisidir. Heç biri göz ardı edilə bilməz. Əsas olan isə hər iki mənlik arasındakı tarazlığın qorunmasıdır. Mənliklər arasındakı tarazlığı qoruya bilməsək onda bizim həyat məmnuniyyətimiz də pozulmuş olur. 
Əgər biz idarəetməni məsuliyyətli olan tərəfə versək, onda bizi xoşbəxt edən şeylərdən uzaqlaşmış olarıq və yalnız gündəlik ehtiyaclarımız üçün çalışarıq. Həyatımız sıxıcı hala gələr və xəyallarımızı gözdən çıxarmaq asanlaşar.  Hisslərimizi boğaraq və istəklərimizdən uzaqlaşaraq isə xoşbəxt yaşaya bilmərik. 
Əgər öncüllüyü xəyalpərəst mənliyə versək, onda xəyallarımızın arxasınca gedə bilərik və bu bizi müəyyən qədər xoşbəxt edər, lakin təcili olan problemlərin içində itib-batarıq. Həyatımızı lazım olduğundan daha çətin hala gətirərək, problemlərlə qarşılaşa bilərik və problemlərin yaratdığı sıxıntılar bizim xoşbəxtliyimizə əsaslı şəkildə təsir edər.         
“Həyatdan razı qalana qədər heç vaxt işinizdən tam razı qalmayacaqsınız”
Bir çoxumuz ailəmiz, münasibətlərimiz, sağlamlığımız və mənəviyyatımız hesabına karyera və ya iş uğuru axtarırıq. Uğurun parçalana bilməyəcəyini anlamırıq. Həyatınızın bir hissəsi yaxşı getmirsə, digərləri yaxşı olmayacaq. Uğurlu olmaq və həyatınızdan razı qalmaq  istəyirsinizsə, iki mənlik arasındakı tarazlığı tapmalısınız.
İki şey arasındakı mükəmməl tarazlığı tapmaq xoşbəxt bir həyat sürməyimizə kömək edəcək olan şeydir. Bu, bizə xəyallarımızın arxasınca getməyə, eyni zamanda, günlük işlərlə və hazırda bizə təsir edən problemlərlə maraqlanmağınıza imkan verəcək. 
Bəs nə etmək lazımdır? Nə həllini tapmalıdır? Bunlar məsuliyyətli olan tərəfi oyandırmaq üçün suallardır. İndi isə xəyalpərəst tərəfinizdən nə istədiyinizi və hal-hazırda hansı xəyalın sizi ruhlandırdığını soruşun. 
Tarazlığınızı tapmaq vaxt alacaq, ancaq bu mümkünsüz deyil.

Özünüzü adəti üzrə etmədiyiniz şeyləri etməyə çağırın və bu elementləri tarazlaşdırdıqda həyatınızın nə qədər yaxşı olacağını görün.
Həmişə yadda saxlayın - “İş və həyat tarazlığı deyilən bir şey yoxdur – bunlar elə bütövlükdə həyatdır. Balans sizin içinizdə olmalıdır. ”