heyatinizi-yaxsilasdiracaq-8-verdis

Həyatınızı yaxşılaşdıracaq 8 vərdiş

“İlk öncə, nədənsə ilhamlanmağı unudun, vərdiş daha önəmlidir. Vərdiş ilham almağınızdan və ya almamağınızdan asılı olmayaraq sizə daha çox dəstəkçi olacaqdır.”– Octavia Butler

Həyatımızda müsbət dəyişikliklər etmək həmişə asan deyil. Nəticə olaraq, düzgün seçilməli olan bir sıra vərdişlər var. 
Bu vərdişlərdən hansılar üçün çalışmağa dəyər? Gündəlik yaşayışımızda hansılar daha böyük fərq yaradacaq?
          Həyatımızda müsbət dəyişikliklər yarada biləcək 8 vərdiş var və bu vərdişlər üçün səy göstərməyə və onları inkişaf etdirməyə dəyər. Bu vərdişlər sizin həm zehni həm də emosional sağlamlığınızı inkişaf etdirəcək.
1.  Qiymətləndirməyi və minnətdar olmağı bacarın.
Təbii olaraq əksərən mənfi məqamlara meyilli oluruq. Bu, yaşamağımız üçün bir məna daşısa da, müasir dövrdə keçmişə nisbətən daha az faydalıdır. Bu neqativliklərə fokuslanmaq bizim sahib olduğumuz hər şeyi normal qəbul etməyimizə səbəb ola bilər.
Baş  verən şeylər üçün minnətdar olmağı bacarsanız, həyatınızdakı yaxşı şeyləri tanımaq və onları daha dərindən qiymətləndirmək vərdişi əldə etmiş olacaqsınız.

2. Özünüzə qayğı göstərin.
Özünə qulluq etmək daha yaxşı yuxu rejimində yatmaqdan tutmuş meditasiyaya qədər müxtəlif təcrübələri əhatə edir. Bununla birlikdə özünəqulluq, ümumiyyətlə, istirahət etməyinizə, rahatlaşmağınıza və enerji yığmağınıza kömək edəcək şeylərə qadirdir. Gündə ən azı özünüzü yaxşı hiss etdirəcək iki-üç fəaliyyət göstərməyi hədəfləməlisiniz.


3.  Mütəmadi olaraq prioritetlərinizi sıralayın.
Bəzən ən önəmli məna kəsb edən şeyi yaddan çıxarmaq çox asan olur. Çünki həyat əksərən diqqət dağıdıcı şeylərlə yolumuza çıxır. 
Bu, o deməkdir ki, inkişaf etdirməli olduğumuz əsas vərdiş prioritetlərimizi sıralamaq, bizim üçün əsas şeyin hazırda nə olduğuna qərar vermək və gündəlik işimizin bu dəyərə uyğun olub-olmadığını görməkdir. 
Məsələn, sağlamlığa üstünlük verirsinizsə, yəni prioritetiniz sağlamlıqdırsa, amma bütün gününüzü televizor qarşısında keçirirsinizsə, burada açıq şəkildə bir uyğunsuzluq var və bunun üçün idmanı həyatınızın adi bir hissəsi halına gətirməlisiniz. 

4. Güclü peşəkar bir şəbəkə qurun
Şəbəkələşmə tək olan və tək edilə bilən bir şey deyil, əksinə bir vərdişdir. Peşəkar münasibətlərimiz əldə edə biləcəyimiz imkanlar baxımından bizim üçün böyük bir dəyişiklik yarada bilər.
Şəbəkə qurmağı bir vərdişə çevirin! Sosial şəbəkələr, peşəkar tədbirlər və s. vasitəsilə insanlarla peşəkar şəkildə əlaqə qura bilərsiniz. Yeni insanlarla tanış olarkən onlara müsbət təsir bağışlamaq və əlaqənin qurulmasından əmin olmaq üzərində çoxlu işləyin.


5. Sağlamlığın 3 mühüm təməlini əsas götürün.
Sağlamlığımız üç mühüm vərdişə əsaslanır: necə yatırıq, necə yeyirik və necə idman edirik. Bunlar fiziki və zehni sağlamlığımızı qorumaq üçün diqqət yetirməli olduğumuz əsas elementlərdir.
Yaxşı yeməyiniz, yaxşı yatmağınız və rahat bir fiziki fəaliyyət səviyyəsinə sahib olmağınız üçün ən uyğun vərdişləri nəzərinizdə saxlayın. Elə bu üç şey özünüzü daha yaxşı hiss etməyə kömək edəcəkdir.


6. Anı yaşayın (indiki zamana önəm verin).
Sahib olduğumuz hər şey indiki zamandır, buna görə də ona çox diqqət etməliyik. Burada və indi anlayışları ən çox önəm vermək və bu barədə məlumatları daha çox realizasiya etmək inkişaf etdirməli olduğumuz əsas vərdişlərdən biridir, çünki bu vərdiş bizə indiki zamanı və məkanı qiymətləndirməyə və ondan zövq almağa  imkan yaradır. İndiki zamanda qalmağı öyrənsək, anı yaşasaq, həyat boş-boşuna ötüb keçməyəcək.


7. Ətrafınızdadakılarla daha çox vaxt keçirin.
Münasibətlərimiz bizi xoşbəxt edən əsas şeydir, hətta əksər hallarda digər amillərdən daha çox. Buna baxmayaraq, bəzən sevdiyimiz insanlardan daha çox başqa şeylərlə vaxt keçirməyi seçirik. Təkmilləşdirməli olduğumuz əsas vərdiş bizə əziz olan insanlarla daha çox vaxt keçirmək və əhəmiyyətli olmayan şeylərə daha az vaxt ayırmaqdır.


8. Hə və Yox sözlərindən zamanında istifadə etməyi öyrənin.
Bəli demək yeni təcrübələrin və daha çox xoşbəxtliyin qapısını aça bilər. Bu, bizi rahatlıq zonasından çıxara bilər və yeni hisslər, yeni sevinc mənbələri tapmaqda bizə kömək edə bilər. Bununla birlikdə, heç bir zaman xeyr demədən bəli deməyi öyrənmək tükənmək və yorğunluğun əsas mənbəyidir. Buna görə də bizi zənginləşdirə biləcək və bizi məyus edəcək vəziyyətləri ayırd etməyi öyrənməliyik.
       Bir şeylərə yox demək özümüz üçün müəyyən sərhədləri təyin etmək, özümüzü qorumaq və öz  rifahımıza çalışmaq üçün əsas vasitədir. Hadisələrə “hə” və “yox” demək arasında tarazlıq tapmağı öyrənmək inkişaf etdirə biləcəyimiz ən əsas  vərdişlərdən biridir.

      Qeyd olunanlar həyat keyfiyyətinizi yaxşılaşdıracağınızdan əmin olacağınız 8 vərdişdir. İndiki situasiyada hansının böyük bir dəyişiklik yarada biləcəyini müəyyən edin və bu gün sizə bu yolda kömək edə biləcək vərdişi taparaq inkişaf etdirməyə başlayın başlayın.