heyatinizi-yox-deyerek-nece-asanlasdira-bilersiniz

Həyatınızı YOX deyərək necə asanlaşdıra bilərsiniz?

Qəbul etdiyiniz hər xahişin, yaxud istəyin bir dəyəri var.

Daha effektiv olmaq və ya "daha çox iş görmək" istəyirsinizsə YOX deməyi öyrənməlisiniz.

Bəzilərimiz üçün bunu etmək daha asandır. Yox deməyi bacarmamaq, bizi çox yüklənmiş kimi hiss etdirən şeylərdən biridir. Hətta günahkarlıq və ya utanc hissinə səbəb ola bilir.

Bəs nəyə yox deməlisiniz? Bu sizdən asılı olan bir şeydir, yəni sizin seçiminizdir. İlkin olaraq etmək istəmədiyiniz hər şeyə yox deməklə başlaya bilərsiniz. Bunu vərdiş halına gətirmək asan olmasa da mümkünsüz deyil. Ən azından yoxlamaqla heç bir şey itirməyəcəksiniz. Etmək istəmədiyiniz şeylərə hə deməklə, əslində özünüzə yox deyirsiniz. Həyatınızı başqalarının təlimatları ilə yaşamaq istəmirsinizsə, bu vərdişi özünüzdə formalaşdırmalısınız. Bəs bunun üçün nə edə bilərik? Gəlin, birlikdə baxaq.

Gələcək indidir!

Kimsə bizdən gələcəkdə hansısa bir işi etməyimizi istədikdə müddət uzun olduğuna görə hə deməyə meyilli oluruq. Düşünürük ki, vaxt var, həmin vaxt üçün bir şey planlaşdırmamışıq və xahişi yerinə yetirə bilərik. Ancaq daha sonra həmin vaxt yaxınlaşır və artıq həm də üzərimizə məsuliyyət götürmüş oluruq. Sonda bu məsuliyyəti niyə götürdüm deyə düşünməyə başlayırıq.

Bəs bunu vaxtında düşünüb yox deyə bilmək üçün nə edə bilərik? Kimsə sizdən hər hansı bir işi etməyinizi istədikdə o işi sabah etməli olduğumuzu düşünmək yox deməyə kömək olacaq. Əgər bu işi sabah təhvil verməli olsaydınız, hə deyərdiniz, yoxsa nəzakətli bir formada yox deyərdiniz? Sabah üçün bu xahişi geri çevirməsəniz, bir neçə həftə və ya ay sonra yenə eyni vəziyyətlə qarşılacaqsınız. Buna görə də bu vəziyyətdə ən yaxşı çıxış yolu bu növ xahişləri elə əvvəlcədən geri çevirməkdir.

Həqiqəti deyin.

İstər bu günorta, istərsə də uzaq gələcəkdə olsun istəmədiyiniz şeyləri etməkdən necə qarşıdakı insanı incitmədən yox deyə bilərik? Bu sualın xüsusi və ya qeyri-adi bir cavabı yoxdur, ancaq probem üzərinə yenidən düşünmək olar. Hər hansı bir xahişi çevirdikdə onu edə bilməmə səbəbinizi aydın şəkildə izah etdikdən sonra qarşı tərəf də bu əsasınızı anlayacaq. Məsələn, əgər əlinizdə işlər çoxdursa “Hazırda əlimdə işlər çox olduğuna görə sizin dediyiniz işə yetərli diqqət ayıra biləcəyimi düşünmürəm” və ya “Hazırda öhdəliyim çoxdur və əlimdə çox iş var.” kimi ifadələrdən istifadə edə bilərsiniz. Bu formada siz şəxsi və ya xahişi geri çevirmirsiniz, sadəcə əlinizdə işlər çox olduğuna görə xahişi yerinə yetirə bilməyəcəyinizi qeyd edirsiniz.

Vaxtımıza daha çox nəzarət etmək və daha çox iş görmək istəyiriksə, yox deməyi bacara bilmək ən vacib bacarıqlardan biridir və bu bacarığı formalaşdırmaq cəhd etdikdən sonra o qədər də çətin deyil.

Uğurlar.