icbari-tibbi-sigorta-uzre-dovlet-agentliyi-it-sahesi-uzre-konullu-proqrami-layihesi-elan-edir--

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir

Biz nə təklif edirik:

▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
▪ Real korporativ mühitdə çalışmaq imkanı;
▪ Əmək vərdişlərinin aşılanması;
▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
▪ Seçilmiş könüllüləri növbəti layihəyə cəlb olunma imkanı.

Könüllülərin fəaliyyət göstərəcəyi istiqamətlər:

▪ İT Help desk;
▪ DevOps;
▪ İnformasiya Təhlükəsizliyi;
▪ İT Monitorinq;
▪ NetCore , C# üzrə Back-End proqramlaşdırma;
▪ React və əlaqəli texnologiyalar üzrə Front-End proqramlaşdırma;
▪ SQL proqramlaşdırma ( Mysql, PostgreSQL və digər Rdbms baza üzrə);
▪ Məlumat inzibatçılığı üzrə Database Admin;
▪ İT analitika;
▪ UI-UX dizayner.

 Bizim üçün uyğun könüllü:

▪ Yuxarıda göstərilən istiqamətlər üzrə təhsil alanlar, gələcək karyerasında bu sahə üzrə görənlər və ya yeni məzun olanlar;
▪ Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
▪ MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
▪ Ünsiyyət bacarığı;
▪ İntizamlılıq və tez öyrənmə bacarığı;
▪ Komanda şəklində işləmə bacarığı.

 Əlavə məlumatlar:

▪ İş qrafiki: 5 günlük iş həftəsi (natamam iş vaxtı ilə)
▪ Könüllü proqramı layihəsi 3 ayadək nəzərdə tutulmuşdur.

 Müraciət qaydası:

▪ Könüllü proqramı layihəsinə son müraciət tarixi: 01.04.2022-ci il;
▪ CV-lər [email protected] ünvanına göndərilməlidir[1];
▪ “Mövzü” bölməsində “İT sahəsi üzrə Könüllü Proqramı” qeyd edilməlidir;
▪ Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

        Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.rumail.rulist.ruinbox.rubk.ruyahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.