İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zaruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Bu proqram hazırda təhsili davam edən tələbələrə və yeni məzunlara Agentlikdə aşağıdakı istiqamətlərdən birində praktiki təcrübə əldə etmək imkanı yaradır:
1. .NET/.NET Core üzrə Backend Proqramlaşdırma
2. React üzrə Frontend Proqramlaşdırma
Proqramın üstünlükləri:
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması,
IT sahəsi üzrə biliklərin inkişaf etdirilməsi;
Nəzəri və praktiki təlimlərdə iştirak imkanı
Gənclərin innovativ yeniliklərdən istifadəsinə şərait yaratmaq
Könüllü programını uğurla bitirən gənclərin işlə təmin olunma imkanının yaradılması.
Proqrama müraciət üçün tələblər:
Ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində İT istiqamətləri üzrə təhsil alan;
Müraciat etdiyiniz istiqamət üzrə texniki biliklər;
Dil bilikləri: Azərbaycan (ana dili) - səlis, ingilis dili-texniki səviyyədə;
Komandada işləmək bacarığı;
Öyrənməyə və inkişafa meyilli;
Şifahi və yazılı ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi-Cumə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00-13:00 və ya 14:00 - 18:00
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Son müraciət tarixi: 14.05.2023-ci il
Namizədlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.