İcbari Tibbi Sığorta və TƏBİB haqqında marifləndirmə təqdimatı keçiriləcək
15 dekabr saat 18:00-da Bakı Amerika Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində İcbari Tibbi Siğorta Dövlət Agentliyinin Marketing və İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov və TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili şöbəsinin koordinatoru Kənan Kərimov tərəfindən İcbari Tibbi Siğorta və TƏBİB-in fəaliyyəti ilə bağlı maarifləndirmə təqdimatı keçiriləcək.
Təqdimat zamanı iştirakçılara icbari tibbi siğorta haqları, xidmətlər zərfində yer alan tibbi xidmətlər, özəl tibb müəssisələrində siğorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmə qaydaları, agentliyin müqaviləsi olan özəl tibb müəssisələri, icbari tibbi siğorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası, TƏBİB-in fəaliyyət istiqamətləri kimi mövzularda məlumat veriləcək.
İştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyat formasını doldurmaq vacibdir!
Təqdimatda iştirak hər kəs üçün açıq və ödənişsizdir.
(012) 441 36 80
[email protected]
R. Behbudov küç. 134, Azərbaycan Dillər Universiteti