icma-liderleri-proqrami-ucun-muracietlerin-qebulunu-aciq-elan-edirik--

 "İcma liderləri" proqramı üçün müraciətlərin qəbulunu açıq elan edirik!

Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı öz sosial təşəbbüslərini həyata keçirməklərinə dəstək olmaqdır. Qeyd edək ki, proqram müddətində qızların təhsildən yayınması halları ilə mübarizəyə, onların şəxsi və peşəkar inkişaflarının təmin edilməsinə fokuslanılacaqdır.

3 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

Layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili;

İcma liderlərinin təşəbbüslərini həyata keçirməkləri üçün təşkilati va mentorluq dəstəyinin göstərilməsi.

Proqramda kimlar iştirak edə bilər?

Hazırda hər hansı rayon va ya kəndlərdə yaşayan 22-35 yaş aralığındakı şəxslər.

Qeydiyyat Linki

Müraciət üçün son tarix: 28 mart 2023-ci il (Saat 23:59)

Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəklər.