icma-quruculugunda-qadin-ve-qizlarin-istirakciliginin-artirilmasi-layihesine-start-verilir--

“İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsinə start verilir

“İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsinə start veririk 

Layihənin həyata keçirilməsində əsas məqsəd gənc qız və qadınların ictimai və sosial həyatlarında təməl hüquqlarını müdafiə etmələri üçün maarifləndirmə və səlahiyyətləndirmə fəaliyyətlərinin aşılanmasıdır.

Məlumat üçün qeyd edək ki, layihə 7-11 və 26-30 sentyabr tarixlərində uyğun olaraq Lənkəran və Gəncə şəhərlərini əhatə edəcək.

İştirak etmək üçün kriteriyalar:

  • 18-29 yaş arasında olmalı;
  • Layihənin sonuna qədər tam iştirak etmək imkanı olmalı;
  • Gənclərin səlahiyyətləndirilməsi sahəsində bilik və təcrübəyə və ya öyrənmə həvəsinə sahib olmalı;
  • Gəncə - Qazax və Lənkəran- Astara zonasından olan şəxslər iştirak edə bilərlər.

Bildirmək istərdik ki, NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən layihə Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində nəqliyyat, yaşayış və qidanlma xərcləri tərəfimizdən qarşılanır.

Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz 

Məlumat paketi