icma-quruculugunda-qadin-ve-qizlarin-istirakciliginin-artirilmasi-layihesine-telesin---

İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması layihəsinə tələsin !

LAYİHƏNİN MƏQSƏDİ
Layihə aşağıdakı məqsədlərə çatmaqla gənclərin xüsusən də qız və qadınların ictimai və sosial həyatlarında təməl hüquqlarını müdafiə etmələri üçün maarifləndirmə və səlahiyyətləndirmə fəaliyyətlərini yerinə yetirməyi hədəfləyir:

1. Həssas qrupdan olan gənclərin ehtiyaclarını və gözləntilərini təhlil edərək onların təhlükəsiz hiss etdikləri öyrənmə əsaslı mühit yaratmaq;
2. İnklüziv təhsil və təlim vasitəsilə insan hüquqlarının qorunması istiqamətində qadınların maairflənidirilməsi üçün gənclər sahəsində çalışan şəxslərin potensialını artırmaq;
3. Gənc qadınları və kişiləri yerli icmalarında nifrət nitqi və zorakılığa qarşı mübarizə aparmaq üçün insan hüquqları sahəsində maarifləndirilməsi;

LAYİHƏNİN ƏHATƏ DAİRƏSİ:
1. LƏNKƏRAN [7-11 sentyabr 2021] sessiyasında Lənkəran - Astara iqtisadi zonasının (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı) müxtəlif icmalarından 20 nəfər iştirakçı seçiləcəkdir;
2.GƏNCƏ [26-30 sentyabr 2021] sessiyasında Gəncə - Qazax iqtisadi zonasının (Ağstafa, Gəncə, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Daşkəsən, Samux) müxtəlif icmalarından 20 nəfər iştirakçı seçiləcəkdir.

QEYD: Layihədə həm oğlanlar həm də qızlar iştirak edəbilər;

İŞTİRAKÇILIQ KRİTERİYASI:
• 18 - 29 yaş arasında olmalı;
• Layihənin sonuna qədər tam iştirak etmək imkanı olmalı;
• Qadınların səlahiyyətləndirilməsi sahəsində bilik və təcrübəyə və ya öyrənmə həvəsinə sahib olmalı;
• Qadın hüquqları istiqmaətində aktivizm fəaliyyətlərinə maraqlı olmalı;
• Layihə bitdikdən sonra öz icmalarında qadınların maarifləndiirlməsi istiqamətində işlər davam etmək niyyətində olmalı;

Layihə Avropa Şurası Nazirlər Kabinetinin Proqram Komitəsinin 40-ci sessiyasına alınan qərarla Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən "Pilot Fəaliyyətlər" qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmişdir.