ictimai-isler-proqraminin-fealiyyet-sahelerinin-saxelendirilmesi-ve-tekmillesdirilmesi-isleri-davam-edecek--

İctimai işlər proqramının fəaliyyət sahələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi işləri davam edəcək

       Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan ödənişli ictimai işlər proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq məsələlərinin operativ həllində mühüm rola malikdir. Bu gün məqsəd bu proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnmələri üçün proqramın imkanlarının artırılmasıdır.

      Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş iclasda bildirib.