idarecilik-sahesinde-tecrube-qazanmaq-isteyen-sexslerin-nezerine--

İdarəçilik sahəsində təcrübə qazanmaq istəyən şəxslərin nəzərinə

Azərbaycan Diplomatiya Mərkəzi "Tədbir koordinatoru" vakansiyası üçün müraciətləri qəbul edir.

İşin təsviri:

Konfrans iştirakçılarının qarşılanması, məlumatların bazaya qeydiyyatı;

İştirakçıların mütəşəkkil və nizamlı şəkildə yerləşdirilməsi;

Tədbirin cədvəli, proqramı və hər hansı son dəqiqə dəyişiklikləri haqqında məlumatların qonaqlara bildirimləsi;

İştirakçıların suallarını və sorğularının cavablandırılması və ya onları müvafiq işçi heyətinə/məlumat masasına yönləndirilməsi;

Tədbir zamanı nizam-intizam və qaydalara riayət edilməsinə nəzarət;

İştirakçılara elektron cihazlardan istifadə və ya tədbirlə bağlı texniki məsələlərdə köməklik göstərilməsi.

Namizədə tələblər:

Ali təhsil;

Yaş həddi: 23-30;

Azərbaycan, ingilis və rus dillərində səlis danışıq bacarığı;

MS Office proqramlarında işləmə bacarığı;

Kollektivdə işləmək bacarığı;

Məsuliyyətli və punktual;

Tədbirlərin təşkili və ya müştəri xidmətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.

İş rejimi bir gündən ibarətdir: 26 noyabr 2023 saat 17:00-dan 23:00-dək. Xidmət haqqı 100-300 AZN təşkil edir.

Vakansiyanın tələblərinə uyğun namizədlərdən öz şəkilli CV-lərini və müşayiət məktublarını [email protected] elektron ünvanına mövzu yerinə "Tədbir koordinatoru" qeyd edərək göndərilməsi tələb olunur.

Müraciətlərin qəbulu üçün son tarix: 15 oktyabr 2023. Yalnız ilkin mərhələdə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.*