ideya-qutusu-layihesi-uzre-muraciet-qebulu-davam-edir--

“İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu davam edir

Dövlət Məşğulluq Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə başlatdığı “İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu davam edir.

Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Dövlət Məşğulluq Agentliyi “İdeya qutusu”nu açıq elan edir. Məşğulluq xidmətlərinin daha keyfiyyətli olması və Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar iki istiqamətdə qəbul ediləcək. İstiqamətlərdən biri Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi üçün ideyaların toplanmasıdır.

Müraciət formasında bu istiqaməti seçərək ölkəmizdə məşğulluq xidmətlərindən istifadə zamanı görmək istədiyiniz dəyişiklik təkliflərini göndərə bilərsiniz. Digər istiqamət isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təkliflərinin qəbul edilməsidir. İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılacaq və həmin şəxslərə təşəkkürnamə və ya sertifikat təqdim ediləcək.

Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalarınızı iki istiqamətdə linkə keçid edərək yollaya bilərsiniz: