ideyadan-fealiyyete-proqramina-start-verilir

“Ideyadan fəaliyyətə"  proqramına start verilir

Education HUB Bərdə, Mingəçevir və Lənkəranda regionlarda gənc liderlərin yetişdirilməsi və könüllülüyün gücləndirilməsi məqsədilə “Ideyadan fəaliyyətə"  proqramına start verir. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin tərəşdaşlığı ilə həyata keçirilir.

Proqram zamanı 17-29 yaşlarında olan, hər bölgədən 15 (ümumilikdə 45) nəfər gənc seçilərək təlim proqramlarına cəlb olunacaq. Gənclər layihələrin idarəolunması, strateji planlaşma, komandanı təşkili, effektiv kommunikasiya, büdcənin idarəəolunması, fandreyzinq və s. Mövzuları öyrənəcəklər. Gənclər öyrəndikləri bilikləri öz icmalarında kiçik təşəbbüslər zamanı tətbiq edəcəklər. Proqramın sonunda gənclər könüllül təşəbbüslərini əks etdirmək və öz icmalarının gələcək fəaliyyətlər üçün üzun müddətli fəaliyyət planı hazırlayacaqlar.
Əgər Sən
 Bərdə, Lənkəran, Mingəçevir bölgəsində yaşayırsansa
Yeni bilik və bacarıqlar əldə etmək istəyirsənsə
Yaşadığn icmanın inkişafına töhfə vermək istəyirsənsə

Bu proqram Sənin üçündür.

Ərizə forması

Müraciət üçün son tarix: 19 Sentyabr 2021