ideyalasdirma-telim-dusergesine-start-verildi--

"İdeyalaşdırma" təlim düşərgəsinə start verildi!

Sosial sahibkarlar, sosial biznesdə maraqlı olan vətəndaş cəmiyyəti təşkilatları və digər tərəflərin nəzərinə:

 "İdeyalaşdırma" təlim düşərgəsi ilə qarşınızdayıq!

 Yaradıcı düşünürsənsə, dayanıqlı inkişaf məqsədləri sənə maraqlıdırsa, biznes ideyalarını bizimlə paylaş və təlim düşərgəsinə qoşulmağa şans qazan!

 Müraciət üçün təşkilatın anket formasını və biznes ideyası üzrə formanı [email protected] ünvanına yolla.

 Son müraciət tarixi: 30 mart 2023

 Şərtlərlə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.

 "İdeyalaşdırma təlim düşərgəsi Aİ-nin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatları ilə iş üzrə layihəmiz tərəfindən təşkil edilir. Məqsədimiz innovativ biznes ideyaları və DİM-lər istiqamətində həlləri təşviq etməkdir.