ideyani-dizayn-et-genclerin-innovativ-tesebbuslerinin-desteklenmesi-layihesine-start-verilir--

"İdeyanı dizayn et!" Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi layihəsinə start verilir!

Əziz gənclər!

"Azərbaycan Respublikası Gənclər Fondu", "PAŞA Bank", "Azərbaycanlı Tələbələr və Məzunlar Platforması" və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "İdeyanı dizayn et!" Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi layihəsinə start verilir.

Əgər startap ideyanızı reallaşdırmaq üçün nədən başlamalı olduğunuzu bilmirsinizsə, bu proqram məhz sizin üçündür!

Komanda ilə çalışmaq, ən asası isə, bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün bu fürsəti qaçırmayın!

Program 3 mərhələdən ibarət olacaq:

1.1-3 aprel tarixləri ərzində "İdeyanı Dizayn Et!" adlı "bootcamp təşkil ediləcək

2. Həftı sonları olmaqla, 4-6 həftə müddətində-mentorlarla görüşlər keçiriləcək

3. Yekun olaraq isə yaradıcı ideyaların təqdimat tədbiri baş tutacaq. Startap ideyanızı təqdim edərək müxtəlif nominasiyalar üzrə mükafat qazana bilərsiniz!

Qeyd edək ki, seçilən 3 startap layihəsinə ilkin maliyyə dəstəyi göstəriləcəkdir.

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi" layihəsinə qatılmaq üçün əsas tələblər:

-18-29 yaş arası tələbə və ya məzun olmaq;

- Yüksək ingilis dili bacarıqlı;

- Yüksək motivasiyalı;

- Təşəbbüskar və məsuliyyətli olmaq;

-Təlimlərin hər birində mütləq iştirak etmək.

Potensialınızı yeni zirvəyə qaldırmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!