ideyani-gercekliye-cevirmeyin-esl-vaxtidir--

İdeyanı gerçəkliyə çevirməyin əsl vaxtıdır!

ADA Universitetinin Fondu (Azərbaycan) və ADA Universiteti “Azercell” MMC-nin tərəfdaşlığı ilə “İdeya İnkubasiya Proqramı”na start verir.

Rəqəmsal İnklüzivlik layihəsi çərçivəsində keçirilən bu proqram sizə innovativ və sahibkarlıq bacarıqlarınızı inkişaf etdirməyi, ideyanızı təkmilləşdirməyi və onları real məhsula çevirməyi öyrədəcək.

Seminarlar, mentor sessiyaları və peşəkar əlaqələrinizi genişləndirmə fürsəti - bunların hamısı bir Proqramda!<br>İdeyası ilə seçilən qaliblərə pul mükafatı təqdim ediləcək:

- I yer - 2000 AZN

- II yer - 1500 AZN

- III yer - 1000 AZN

Mayın 6-sı saat 10:00-da Proqramın təqdimatı keçiriləcək. İştirak etmək üçün qeydiyyatdan keçin: [email protected]