ief-2023-beynelxalq-tehsil-sergisi-kecirilecek--

“IEF 2023” Beynəlxalq Təhsil Sərgisi keçiriləcək!

18 mart tarixində “Baku Marriot Hotel Boulevard” oteldə Bolaşaq İnkişaf Fondunun təşkilatçılığı və Erasmus Tələbə Şəbəkəsi Azərbaycanın tərəfdaşlığı ilə Mərkəzi Asiyanın ən böyük xaricdə təhsil sərgisi olan “IEF 2023” Beynəlxalq Təhsil Sərgisi baş tutacaqdır. Sərgi iştirakçıları dünyanın müxtəlif ölkələrindən gələn ən prestijli universitetlərin rəsmi nümayəndələrindən qəbulla bağlı məlumat əldə etmək imkanı qazanacaqlar. Bununla yanaşı sizlər sərgi zamanı “ESN Azerbaijan”ın stendinə yaxınlaşaraq təşkilatımızın fəaliyyəti və “Erasmus+” imkanları haqqında dolğun məlumat əldə edə bilərsiniz

Məkan: Baku Marriot Hotel Boulevard

Tarix: 18 mart, 2023-cü il Saat: 10:00-16:00 S

Sərgidə iştirak etmək üçün link