iet-modeli---beynelxalq-munasibetler-akademiyasi-2023-layihesinin-qeydiyyatina-start-verilir

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir!

QEYDİYYAT BAŞLANDI!

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023" layihəsinin qeydiyyatına start verilir!

Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar 5 həftə ərzində İƏT ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlərin keçirəcəyi mühazirələrdə iştirak edərək, müxtəlif mövzularda öz bilik və təcrübələrini artırmaq imkanı əldə edəcəklər.

Əgər siz:

  • 18-30 yaş arası tələbəsinizsə;
  • Beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlanırsınızsa;
  • Xarici ölkələrdə keçirilən Beynəlxalq lƏT Modeli konfranslarında iştirak hüququ əldə etmək istəyirsinizsə;
  • İngilis dilini yaxşı və ya əla səviyyədə bilirsinizsə;

Bu layihə öz bilik və bacarıqlarınızı artırmaq va diplomatiyanı daha yaxından bilmək üçün əla fürsətdir.


Qeydiyyat formu


Qeydiyyat üçün son tarix: 12 mart 23:59