ii-milli-yaylaq-festivali-konulluluk-proqramina-qeydiyyat-basladi--

II Milli Yaylaq Festivalı Könüllülük proqramına qeydiyyat başladı

“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az”-Fərqli Turizm MMC-nin təşəbbüsü ilə 29-31 iyul 2022-ci il tarixlərində Göygöl rayonu ərazisində, əsrarəngiz Sarıyal nahiyəsinin Xan Yaylağında baş tutacaq "II Milli Yaylaq Festivalı"-na könüllülük üçün tələsin!

Biz bu festivalla özünün şəxsi inkişafına dəyər qatmaq istəyən hər kəsi unikal təcrübə qazanmağa, iş mühitinin incəliklərini (komanda ilə iş, təşkilatçılıq, iş bölgüsü və b.) öyrənməyə, eləcə də xarici dil praktikasını artırmağa, yeni faydalı tanışlıqlar qurmağa, gələcək karyerası üçün yüksək imkanlar qazanmağa dəvət edirik. İştirakçılar festivalın sonunda xalqımızın çoxəsrlik adət-ənənələri haqqında zəngin bilgilər əldə etmiş, milli oyunlarımız və eko-turizm məkanları ilə tanış olmuş olacaqlar.

Təşkilatçılar tərəfindən təmin olunur:

- Qidalanma

- Gecələmə

- Nəqliyyat

- Xüsusi geyim

Aşağıdakı linkdən qeydiyyatdan keçərək 2-ci Milli Yaylaq Festivalında könüllü ola bilərsiniz:

link keçidi

Qeydiyyatdan keçməyə tələsin!

Son müraciət tarixi 03.06.2022-ci il

Ətraflı məlumat üçün:

(+994 99) 565 20 20