İlk iş günündə hamının qarşılaşa biləcəyi 5 hal
Bütün sancılı iş axtarma mərhələlərini keçdikdən sonra budur, artıq ilk iş günündür.. Bu, bəlkə də çox uzun zaman sonra başqa bir yerə adaptasiya olmağa çalışacağın, bəlkə də uğurlu karyera yolunun ilk addımıdır. Vəziyyət hər necə olursa olsun, yeni bir işə başlayarkən bəzi hallarla qarşılaşdıqda necə davranmalı olduğunla bağlı suallar yarana bilər. Elə bu səbəbdən də, bu yazıda sənin üçün “İlk iş günündə hamının qarşılaşa biləcəyi hallar nələrdir” – deyə düşündük və bəzi tövsiyələr yazdıq. Xoş mütaliələr.
1. "Boş durmaq" fobiyası
Məlum məsələdir ki, ilk iş günündə aktiv bir iş cədvəliniz olmayacaq. Sənə verilən qısa və balaca tapşırıqları ən optimal və yararlı halda necə edəbiləcəyin barəsində düşünəcək, sağa sola baxacaq və işlərin necə aparıldığını müşahidə etməyə çalışacaqsan. Bu cür müşahidələr aparmaq əslində olduqca faydalıdır. “ İş yoldaşlarım nələr edir?” , “İş bölgüsü necə aparılır?” və s kimi suallara cavab tapa bilmək üçün mütləq ki, müşahidələr aparılmalıdır. Ancaq bunları edərkən çaşıb qalmış və eləməyə iş tapmırmış kimi hissetməyin də olduqca normal və prosesin içindən olduğunu xatırlamaq da faydalıdır.
2. Kimə necə xitab edəcəyin mövzusunda nə edəcəyini bilməmək
Salam hamıya…
Amma bir də baxırsan ki, buradakı insanlara ayrılıqda necə xitab edəcəyin mövzusunda heç bir fikrin yoxdur. Heç narahat olma! Belə hallarda yuxarıda bəhs etdiyimiz kimi müşahidə aparmalı və bu müddət ərzində də normal axışdakı danışıq tərzini qorumalısan. Biz məsləhət görərdik ki, ilk iş günündə hamıya “Siz” deyə xitab edib, rəsmi üslubda danışasınız (hətta bu insan masa yoldaşınız olsa belə) Daha sonralarda hər kəslə tanışıb, mühitə adaptasiya olmağa çalışacaqsınız və xitab formaları da öz-özünə həll olacaq.
3. Hamının adını öyrənmərə çalışmaq
Bir digər sıxıntılarımızdan biri isə adları tez bir zamanda ağlımızda tutmağa çalışmaqdır. Təbiiki, qarşıdakı insana adı ilə müraciət etmək iş dünyası üçün vacib nöqtələrdən biridir. Lakin işlədiyiniz yerdə onlarla və daha artıq əməkdaşınız varsa, hamısının adını bir gündə öyrənməkdən söhbət belə gedə bilməz.
Sizin üçün kiçik bir tövsiyəmiz isə, yeni tanışdığınız insanla söhbət etdiyinizdə onunla bağlı bir nüansı yaddaşında saxla və bunu onun adı ilə birlikdə kodla. Bu üsul insanların adlarını ağlınızda uzunmüddətli tutmağınız üçün sizə çox yardım edəcək.
4. Hərkəsdən əvvəl acmaq və yeməyin harda yeyildiyini bilməmək.
Ofis işçilərinin ən sevdiyi anlardan biri də sözsüz ki, “nahar fasiləsi”-dir
Hər kəs bu saat aralığını çox sevərkən sən niyə ilk iş günündə bu səbəbdən gərginlik yaşayasan ? Bu haldan utanmağa və ya bunu söyləməkdən çəkinməyə ehtiyac yoxdur. Burada əsas olan, komanda yoldaşlarından birinin səni dəvət etməsi zamanı onlara qoşulmağındır. Bu hal həm də onlarla əlaqə yaratmaq istədiyini göstərən nişanlardan biri sayılır.
5. Söhbət etmək istəyib, ancaq nə danışacağını bilməmək
Yuxarıdakı bütün bölmələrdə də əslində elə ünsiyyət qurmaqdan bəhs etdik. Çünki əvvəl axır ilk gün üçün yaranan sıxıntıların kökündə ünsiyyət dayanır.
Ona görə də ilk gün olaraq, iş yerinlə bağlı ağlına gələn sualları verməklə başlaya bilərsən. Marağını çəkən mövzularda çəkinmədən sən də daxil ola bilər və fikrini ifadə edə bilərsən. Yaxud da danışmaqdan həzz aldığın və ya məlumatının yaxşı olduğu bir mövzuda ortaya bir söz atıb, bunun üstündə söhbəti davam etdirə bilərsən.
Ən ən vacib məsələlərdən biri isə ilk iş günündə mütləq formada gülümsəmək və sadəcə özün kimi davranmaqdır.
İndidən ilk iş günü təcrübəndə uğurlar diləyirik !