ilra-genc-huquqsunaslar-ucun-tecrube-proqrami-elan-edir--

ILRA gənc hüquqşünaslar üçün təcrübə proqramı elan edir

Proqrama əsasən, 3 aylıq müddətdə əmək hüquqları ilə bağlı onlayn kampaniyanın, tədbirlərin, eyni zamanda hüquqi konsultasiyanın təşkil olunmasında iştirak etmək istəyən hüquq tələbələri və yeni məzun olmuş gənc hüquqşünasları ILRA komandasına dəvət edirik.

Proqramda iştirakın üstünlükləri:

  • Təcrübəli hüquqşünaslarla birgə çalışaraq əmək hüququ sahəsidə nəzəri və praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə qaydalarını öyrənmək və digər normativ sənədləri mənimsəmək
  • Gələcəkdə əmək hüquqları sahəsində karyera yüksəlişi və elmi tədqiqat imkanlarına çıxış
  • Beynəlxalq və yerli tədbirlərdə iştirak və ILRA-nı təmsil etmə imkanı
  • ILRA-nın əməkdaşlıq etdiyi dövlət qurumları və QHT-lər ilə yerli və beynəlxalq səviyyədə həyata keçirilən layihələrdə iştirak etmə imkanı
  • Təcrübə proqramını uğurla başa vuracağınız halda sertifikat alma və ILRA layihələrində işə qəbul olma imkanı

Namizədlərin seçimində əsas göstəricilər:

  •  Azərbaycan dilində səlis yazı və şifahi nitqə bacarıqları;
  •  Əmək qanunvericiliyi barədə yetərli biliklər;
  •  Gələcəkdə əmək hüquqları sahəsində ardıcıl peşəkar və elmi fəaliyyətdə maraq;
  •  MS Office proqramları və sosial şəbəkələrdən sərbəst istifadə edə bilmə bacarığı;
  •  Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

 Əlavə məlumat və əlaqə üçün: +994 10 315 29 18  /   [email protected]