ingilis-dilini-tekmillesdirmek-isteyen-genclerin-nezerine

İngilis dilini təkmilləşdirmək istəyən gənclərin nəzərinə!

PROGRO Platforması olaraq daha bir yeniliklə qarşınızdayıq. Artıq mərkəzlərimizdə “İngilis dili” kursları fəaliyyətə başlayır.

Fevral ayından etibarən başlayacaq bu kurslarda iştirak edərək siz ingilis dili səviyyənizi inkişaf etdirə biləcəksiniz. İntensiv şəkildə keçiriləcək dərslər peşəkar müəllimlər tərəfindən tədris olunacaq.

  • Dərsin müddəti: 90 dəqiqə
  • Həftə ərzində dərslər: 3 dəfə + danışıq dərsləri
  • Proqramı uğurla bitirən gənclərə sertifikat veriləcək.

İştirak etmək istəyənləri 8 fevral 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: Qeydiyyat formasında motivasiya ilə bağlı sualı cavablamaq vacibdir.

Qeydiyyat

“İngilis dili” kurslarında iştirak tamamilə ÖDƏNİŞSİZdir!


“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.