inkisaf-yolunda-tebietden--ne-oyrene-bilerik

İnkişaf yolunda təbiətdən nə öyrənə bilərik?

Təbiət ən müdrik müəllimdir, lakin öyrənməyə açıq olanlar üçün...

        Şəhər həyatı tərzinə uyğunlaşmış insanlar bəzən gündəlik həyatda, şəxsi münasibətlərdə və sosial mühitdə insani xüsusiyyətlərin önəmini unudur. Ümumiyyətlə, bəzən həyatın bizə dərslər verərək bunu xatırlatması lazım gəlir. Lakin ən qüsursuz və önəmli müəllimlərdən biri təbiətdir. Bizi əhatə edən təbiət  elə qayğıkeş, fədakardır ki, biz onun nümunəsində saf sevgini görə bilərik. Bu qədər gözəllik və rəngarənkliklərlə dolu təbiətdən özümüzə önəmli həyat dərsləri çıxarmaq olar. 
        Ən uğurlu biznes və sahibkarlıq modelləri məhz təbiət müşahidələrindən gəldiyi kimi, ondan götürə biləcəyimiz daha n qədər fayda mövcuddur. 
Gəlin, təbiətin bizə göstərdiyi lakin bizim bəzən görmək istəmədiyimiz, bəzən görə bilmədiyimiz  nümunələri gözdən keçirək:
1.Bərabərlik
Biz təbiətdə hər hansı bitki və ya heyvanın öz həyat tərzi, yaşayış şəraiti və qeyri –adi görünüşünə görə təbiət tərəfindən cəzalandırıldığını və ya müqayisə olunduğunu görə bilmərik.Çünki təbiət təbiidir. Baş verən bir şeyin, mövcud olanın qarşısını heçnə ala bilməz.
İnsanlar isə cəmiyyətdə stereotiplərə sığınaraq insanları müxtəlif  kateqoriyalara ayırmağa çalışır, yaxud dilinə, irqinə, mənsubiyyətinə görə insanlara qarşı davranışda ayrı-seçkilik qoyur. 21-ci əsrdə yaşamağımıza baxmayaraq hələ də bu çətinliklə üzləşiriksə,deməli doğma təbiətin təcrübəsinə müraciət etməliyik.

 

2.Fədakarlıq
Təbiət öz övladlarını qarşılıqsız sevən anaya bənzəyir. Bizə təmənnasız şəkildə öz gözəlliklərini və ehtiyaclarımızı ödəmək üçün, həyatda qala bilmək üçün nemətlərini bəxş edir. Baxmayaraq ki, insanoğlu bugün təbiətə sağalmaz zərər  vurur, təbiət isə yenə öz zəngin resurslarını bizdən əsirgəmir.

 

3.Səbrli olmaq
Günə başlayırıq və hər kəs kimi zamanın axarına qapılaraq  nə üçünsə tələsirik.Gündəlik həyatımızda və getdikcə müasirləşən sivilizasiyalarda hər şey sürət və böyük miqdar üzərinə qurulub; daha sürətli maşın, daha çox qazanc, daha çox satış və. daha daha..
Amma təbiətdə hər şeyin bir nizamı var və öz tempi və qanunauyğunluğu ilə hər bir şey baş verir.Səbrlə hərəkət etmək və hər şeyi olduğu kimi olduğu vaxtda gözləmək ən doğru qərardır. İşlərində səbrli olmaq sənə çox şey qazandırar 

4.Dəyişim(inkişaf)
Təbiətdə baş verən ən böyük illuziyalardan biri uca bir dağın bir neçə mərhələ sonra düzənliyə çevrilməsidir. Bu inkişaf və dəyişiklik uzun zaman alır, amma təbiətin qanunauyğunluğudur  və inkişaf  qaçınılmazdır.Təbiətdə dəyişim eyni zamanda təkrarlanma prosesini də şərtləndirir. Bu o deməkdir ki,dəyişmək və inkişaf daimi olmalıdır. Xüsusilə yaşadığımız dönəm bizdən inkişaf etməyimizi yeni mühitə və yeni həyat tərzinə daha yaxşı adaptasiya olmağı tələb edir.
Yeganə daimi olan dəyişiklikdir.
Cəmiyyətin bizim üzərimizə yüklədiyi ‘uğur’ illiziyası ilə yaşama. İlk öncə mənəvi sülh tapmağa cəhd göstər, təbiətin bir parçası olduğunu unutma. Daha sonra təbiətin öyrətdiklərinə nəzər sal.
Bu həyat dərslərindən yola çıxaraq təbiəti sevərək, onu hiss edərək və müşahidə edərək daha gərəkli nəticələr çıxara və müasir həyatına tətbiq edib, özün seçdiyin uğura nail olacaqsan.
Bu istiqamətdə uğurlar!