inkluziv-incesenet-mektebinde-kecirilecek-el-isleri-sergisini-qacirma--

İnklüziv İncəsənət Məktəbində keçiriləcək ƏL İŞLƏRİ sərgisini qaçırma

Əziz gənclər,

Sizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi və Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində keçiriləcək ƏL İŞLƏRİ sərgisinə dəvət edirik.

Sərgidə İnklüziv İncəsənət Məktəbinin 26 nəfər əlilliyi olan tələbəsinin 300-dən çox əl işi nümayiş olunacaq və satışı həyata keçirələcək. Əl işlərinin satışından əldə olunan vəsait birbaşa olaraq tələbələrə təqdim ediləcək.

Tarix / saat: 30 iyun (13:00-16:00), 1-2 iyul (11:00 - 16:00)
Ünvan: Ziya Bünyadov, 41, 4 saylı Bakı DOST Mərkəzi

Tədbirlə bağlı hər hansı sualınız olduqda, [email protected] email ünvanına yaza bilərsiniz.

* Sözügedən sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində keçiriləcək. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu tərəfindən birgə icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi UNFPA Azerbaijan DOST Agentliyi