"INNOLAND"də "Startup Grind"ın təşkilatçılığı ilə "Azərbaycanda İKT-də qadınlar: problemlər və həll yolları" mövzusunda tədbir baş tutacaq.
"INNOLAND"də tədbir var!
14 oktyabr tarixində "INNOLAND"də "Startup Grind"ın təşkilatçılığı ilə "Azərbaycanda İKT-də qadınlar: problemlər və həll yolları" mövzusunda tədbir baş tutacaq.
Tədbirdə "FemTech"in Layihə Meneceri Nərgiz Əmrahova ilə İKT sahəsində qadınların qarşılaşdığı əsas problemlər müzakirə ediləcək.
Bu mövzu sizin üçün də maraqlıdırsa və Azərbaycanda qadınlar üçün hansı innovativ proqramların həyata keçirildiyini öyrənmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!
Tarix: 14 oktyabr 2022
Saat: 12:00
Ünvan: "INNOLAND" (Bakı şəhəri, Zaur Nudirəliyev küçəsi, 79)