innovasiyalar-agentliyi-turkiyenin-gosb-texnoparki-ve-blink-inkubatoru-ile-birge-yeni-layiheye-start-verir--

İnnovasiyalar Agentliyi Turkiyənin GOSB Texnoparkı və Blink inkubatoru ilə birgə yeni layihəyə start verir

İnnovasiyalar Agentliyi Turkiyənin GOSB Texnoparkı və Blink inkubatoru ilə birgə yeni layihəyə start verir.

Sizi "Fikrim Var, YA SONRA?” proqramında iştiraka dəvət edirik. Layihə “Startup School” formatında keçirildiyindən iştirak startapın sahəsindən və inkişaf səviyyəsindən asılı olmayaraq bütün hər kəs üçün açıqdır.

Ödənişsiz şəkildə müraciət edə biləcəyiniz proqramın yeganə tələbi kommersiyalaşdırıla bilən ideyanızın olmasıdır.

Təlimlər biznes ideyalarının kommersiyalaşması proseslərini sürətləndirəcək və mümkün problemlərin həllində bələdçilik funksiyasını daşıyacaqdır.

Son müraciət tarixi: 26 oktyabr

“Fikrim Var, YA SONRA?” layihəsi 01.11.2021 tarixində başlayacaq və 27.12.2021-də yekunlaşacaqdır.

Layihənin sonunda “Demo Day”in yekunlarına uyğun olaraq seçilmiş startaplar Mentorluq proqramına vəsiqə qazanacaqlar.

Qeydiyyat üçün link: