insan-huquqlari-natiqlik-musabiqesinin-final-merhelesi-kecirilib--

“İnsan Hüquqları” natiqlik müsabiqəsinin Final mərhələsi keçirilib

28 may tarixində Yelo Bankın Baş ofisində bankın təşkilati və maliyyə dəstəyi ilə ELSA Azərbaycan tərəfindən ilk dəfə təşkil olunan “İnsan Hüquqları” natiqlik müsabiqəsinin final mərhələsi keçirilib.

Finalistlərin çıxışları sahə üzrə təcrübəli vəkil və natiqlik sahəsi üzrə mütəxəssis münsiflər tərəfindən qiymətləndirilib və qiymətləndirmə nəticələrinə əsasən Bakı Dövlət Universitetin hüquq fakültəsinin tələbələri - Siyavuş Bağırov I, Azadə Məmmədzadə II, Xatun Əlizadə isə III yerə layiq görülüb. 

Mükafatlandırma mərasimində ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Səbinə Zülfiyeva və müsabiqənin münsifləri çıxış edib, sonda qaliblərin mükafatları və təşəkkürnamələr təqdim olunub.  

Qeyd edək ki, ELSA Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, həmçinin 60 000-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulub.