"İnsan resursları sahəsində karyera: haradan və necə başlayaq?" vebinarı keçiriləcək
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində ödənişsiz "İnsan resursları sahəsində karyera: haradan və necə başlayaq?" vebinarı keçiriləcəkdir.
Spiker qismində "Saf Farma" MMC şirkətində İnsan Resursları direktoru vəzifəsində işləyən Fəridə Hüseynova çıxış edəcəkdir.
Qeyd edək ki, görüş 20 sentyabr, 20:00-da "Zoom" platformasında keçiriləcəkdir.