İnsan Resursları üzrə Biznes Tərəfdaşı vakansiyası
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC İnsan Resursları üzrə Biznes Tərəfdaşı vakansiyasını açıq elan edir:
Vəzifə Öhdəlikləri:
-Kurasiya etdiyi strukturlar üçün təlim və inkişaf proqramlarının hazırlanması və tətbiqin təmin edilməsi;
-Kurasiya etdiyi sturkturların vakansiyaları üzrə imtahan və müsahibə mərhələlərinin keçirilməsi;
-Xidməti fəaliyyətin idarə olunması
-Kurasiya etdiyi sturkturların işə qəbul prosesinin həyata keçirilməsi.
-Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesində iştirak etməsi;
-Əməkdaşların fərdi inkişaf planlarının hazırlanmasına dəstəyin göstərilməsi, onların inkişafının izlənməsində iştirak.
-Yeni əməkdaşın sınaq müddətinin izlənilməsi, sınaq müddəti rəylərinin toplanılması, tərəflər ilə kommunikasiyanın aparılması;
-Vakant vəzifələrlə əlaqədar daxili müsabiqələrin təşkili, işçilərin mövcud olan vakansiyalar haqqında məlumatlandırılması.
-Vakansiyaların elektron bazasının formalaşdırılması və tənzimlənməsi.
-Kurasiyası üzrə yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi;
-Yerli əmək bazar şərtlərinin araşdırılması;
-Uyğunlaşma seminarlarının təşkil olunması.
Tələblər:
- Ali təhsil;
- İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
- Namizədlərin axtarış sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazaları ilə işləmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı, effektiv danışıqlar, işgüzar əlaqələri qura bilmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili - sərbəst, yüksək səviyyədə Rus və İngilis dil biliyi.
İş yeri:“Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı:Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd:Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “İnsan Resursları üzrə Biznes Tərəfdaşı” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.