İnsan Resursları və İnzibati İdarəetmə Departamentində maaşlı təcrübə proqramı
"A+CO" ASC İnsan Resursları və İnzibati İdarəetmə Departamentində ödənişli təcrübə proqramı elan edir.
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin təşkili, Maliyyə və
Hüquq və s.)
- Riyazi biliklər və məntiqi təfəkkür;
- Ofis proqramlarını orta səviyyədə bilmə;
- Təşəbbüskar və məsuliyyətli olma;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Özünü inkişafa meyillilik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
- Punktual va nizam-intizamlı.
iş yeri: Xirdalan şəhəri
5/7 is grafiki, is vaxti: 09:00-dan 18:00-dak,
Nahar Şirkət tərəfindən təmin olunur;
20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.