insan-resurslarinin-idare-edilmesi-teliminin-20-iyunda-baslayacaq-22-ci-sessiya-qeydiyyatlarini-aciq-elan-edir--

"İnsan Resurslarının İdarə Edilməsi" təliminin 20 iyunda başlayacaq 22-ci sessiya qeydiyyatlarını açıq elan edir

"İnsan Resurslarının İdarə Edilməsi" təliminin 20 iyunda başlayacaq 22-ci sessiya qeydiyyatlarını açıq elan edirik.

Bu təlim İnsan Resursları İdarəçiliyi funksiyalarına aid 10 moduldan ibarətdir.

 Təlim kimlər üçün nəzərdə tutulmuşdur?
-HR sahəsində bir neçə il iş təcrübəsi olan,
-İşlədiyi şirkətdə HR idarəçiliyi sistemi qurmaq istəyən,
-HR karyerasının menecerlik mərhələsinə keçid edən, etmək istəyən mütəxəssislər üçün

 Təlim modulları:
1. İnsan Resurslarının İdarə Edilməsi Sisteminin Qurulması, Təşkilatlanma. (10 saat)
2. İnsan Resurslarının Planlaşdırılması (4 saat)
3. İşə Qəbul və Seçim Mərhələləri (10 saat)
4. Adaptasiya Sisteminin Qurulması (2 saat)
5. Səriştə Əsaslı Performansın İdarəolunması (6 saat)
6. HR-ın Dəyişikliklərin İdarəolunmasında rolu (2 saat)
7. Karyeranın İdarəolunması (4 saat)
8. Təlim və İnkişaf (4 saat)
9. Məvacib Strukturu və Məvacibləri üzrə Dərəcələmdirmə Sisteminin Qurulması (8 saat)
10. Motivasiya Sisteminin Qurulması (2 saat)

 Təlimin ümumi müddəti: 52 saat.
 Təlim İnsan Resursları İdarəçiliyi üzrə 4 peşəkarın təqdimatında tədris edilir;
1. Leyla Məhərrəmova, İnsan Resursları İdarəçiliyi üzrə konsultant, peşəkar Kouç. (HR sahəsində 22 illik mütəxəssis, rəhbər və konsultant təcrübəsinə sahibdir)
2. Pərviz Qasımov, CHRO, AVT Logistics (24 illik ümumi iş təcrübəsinə, HR sahəsində 13 illik mütəxəssis və rəhbər təcrübəsinə sahibdir)
3. Şamo Mürşüdov , İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Direktoru, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin (HR sahəsində və xüsusən İşə qəbul sahəsində 20 illik rəhbər və mütəxəssis, 5 illik təlimçi təcrübəsinə sahibdir)
4. Rəşad Məhərrəmov , CHRO, Veysəloğlu MMC (HR sahəsində mütəxəssis, rəhbər və konsultant kimi 15 illik iş təcrübəsinə sahibdir)

 Təlim haqqında ətraflı məlumat üçün:

 Təlimdə iştirak etmək üçün əlaqə vasitələri:
051 311 35 92
099 311 35 92
[email protected]

bmschool.az