intizamli-olmaq-ucun-tovsiyyeler

İntizamlı olmaq üçün tövsiyyələr

İntizam sözü çoxları üçün əksərən xoşagəlməz şeylərlə əlaqələndirilir. Ancaq faydalarını bilsək və qəbul etsək, intizam edə biləcəyimiz ən yaxşı seçim ola bilər.
Nəyə nail omaq istədiyiniz vacib ola bilər, ancaq bunu etmək üçün müəyyən dərəcə intizama mütləq ehtiyacınız olacaq. 
Yalnız cəhd etməklə, təcrübə və tutarlı olmaqla nələrisə öyrənə bilərik. İstər bir kitab yazmaq, istərsə də sənətkar olmaq istəsəniz və ya daha yaxşı bir işə düzəlməyi planlaşdırsanız, istənilən halda işiniz əsasında özünüz üçün xüsusi vərdişlər yaratmalısınız.
Kənardan hər şey asan görünür. Yalnız iş sayəsində müəyyən bir hədəf üçün tələb olunan həqiqi səyi öyrənirik və bunun üçün əslində heç bir qısa yol yoxdur.
Müəyyən situasiyada hər hansı bir nizam-intizamı mənimsədiyiniz zaman, istər iş rejimi, istərsə də başqa bir şey olsun, çətin suallarla qarşılaşmaq məcuriyyətindəsiniz. Bunu niyə edirsiniz? Ümumiyyətlə siz nə edirsiniz? Bunu etməyinizə dəyərmi?
Bu suallara cavab verə bilmək özlüyündə çox önəmli və qiymətli bir şeydir, eyni zamanda bu suallar həqiqi motivasiya və arzularınız arasında zaman-zaman əlaqə yaratmağınıza kömək edə bilər.
Həyatda hər şeyə çox az zəmanət var. Ancaq bir şey dəqiqdir. Çalışmasanız, uğur əldə edə bilməyəcəksiniz. Ancaq cəhd etsəniz, ən azından nələrinsə müəyyən qədər yaxşılaşacağına, uğur qazanacağınıza əminsiniz.
Heç bir iş görmədən, əziyyət çəkmədən məqsədə çatmağın heç bir yolu yoxdur. İstədiyiniz şey istər pul, istərsə şöhrət, yaxşı münasibətlər, inkişaf edən bir karyera olsun, fərq etməz, çatmaq istədiyinz məqsəd üçün əlinizdən gələni ortaya qoymalısınız.
İntizam ən yaxşı təcrübədir. Nə istədiyinizdən asılı olmayaraq, kifayət qədər səy göstərərək və özünüzdən asılı olan şeyləri edərək hədəflədiyiniz şeyi əldə edə bilərsiniz. 
Ardıcıl və tutarlı olmaq sizə müəyyən bir işin və ya çatmaq istədiyiniz hədəfin nəticəsini görməyə kömək edəcəkdir. 
Hər şeyi eyni anda edə bilmək əlbəttə mümükün deyildir. Lakin ardıcıl şəkildə səy göstərmək həmişə bu və ya digər şəkildə öz nəticəsini verəcəkdir.
Nə əldə etmək istədiyinizin və ya nəyi hədəflədiyinizin heç bir fərqi yoxdur, istənilən halda nizam-intizama ehtiyacınız olacaq. İntizam seçiminizə və həyata keçirməyə qərar verdiyiniz vərdişlərə əsaslanır. Bununla birlikdə, bunun ən yaxşı tərəfi odur ki, hər kəs istədiyi və çalışdığı təqdirdə intizamı inkişaf etdirməyə qadirdir.
Elə bu gündən nizam-intizam üzərində çalışmağa başlayın. Mütləqdir ki, bu səyin nəticələri size qane edəcək.