İqtisadi cəhətdən aktiv qadınlar öz icmalarının çiçəklənməsinə kömək edirlər.
Zaqataladan olan Ayşə Ömərova və Samirə Şabanzadə USAID-in dəstəklədiyi biznes təlimlərində və biznes plan müsabiqəsində iştirak etdikdən sonra bal istehsalı üçün arıçılıq avadanlıqları ilə təmin edilib. Bu günə qədər Zaqatala, Masallı və Xaçmazda 100-dən çox qadın BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən USAID-in maliyyələşdirdiyi layihə çərçivəsində öz biznesini təsis edib.