iqtisadiyyat-nazirliyi-yaninda-dovlet-vergi-xidmeti-odenissiz-konulluk-proqramina-start-verir--

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ödənişsiz könüllük proqramına start verir!

Hörmətli tələbələr!

Nəzərinizə çatdırmaq istərdik ki, DVX-nın təşəbbüsü ilə şəxslərin özlərini inkişaf etdirməsi və biliklərinin artırılması məqsədilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydalarına əsasən vergi orqanlarında könüllülər (haqqı ödənilməyən) üçün proqrama start verilir.

Könüllülər Dövlət vergi xidmətinin xidmət mərkəzlərində fəaliyyət göstərəcəklər.
Könüllülərlə müqavilə 2 (iki) ay müddətinə bağlanacaq.

Proqramın yekununda və keçiriləcək qiymətləndirmə əsasında könüllülər müvafiq sertifikatla təltif olunacaq.

Proqrama müraciət etmək üçün tələbələr öz CV-lərini [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.