ireli-ictimai-birliyi-gencler-ucun-2021-ci-ilin-novbeti-tecrube-proqramini-elan-edir--

“İrəli” İctimai Birliyi gənclər üçün 2021-ci ilin növbəti təcrübə proqramını elan edir!

Dəyərli gənclər!

“İrəli” İctimai Birliyi gənclər üçün 2021-ci ilin növbəti təcrübə proqramını elan edir!

“İrəli” Təcrübə Proqramında gənclər aşağıda qeyd olunan sahələr üzrə öz bilik və bacarıqlarını artıra bilərlər:

– İnsan resursları katibliyi;
– Mətbuat Katibliyi;
– Beynəlxalq əlaqələr katibliyi;
– Layihələrlə iş üzrə katiblik

3 ay müddətində davam edəcək proqramı uğurla başa vurmuş təcrübəçilərimiz şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:
– 17-25 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı.

Əgər sən də irəlidə olmaq istəyirsənsə, “İrəli”yə qoşul!

Son müraciət tarixi: 26.10.2021 18:00

Qeydiyyatdan keçmək üçün link

– Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.