“İRƏLİ” Media Mərkəzi üzrə növbəti könüllülük proqramına start veririk!
Proqram müddətində iştirakçılar dizaynerlik, videoqrafiya, fotoqrafiya, montaj, müxbirlik və s. istiqamətlərdə yeni bacarıq və təcrübələr qazanacaq, eyni zamanda müxtəlif TV - Media qurumlarında təcrübə keçmə şansı əldə edəcəklər.
Proqrama qatılmaq üçün tələb olunan əsas meyarlar:
- 17-25 yaş aralığında;
- Seçmiş olduğu sahə üzrə ilkin biliklərə sahib;
- Yenilikçi və yaradıcı;
- Komanda ilə işləmək bacarığı olan;
- İşində yüksək motivasiyalı;
- Təşəbbüskar və məsuliyyətli olmaq.
Əgər sən də bacarıqlarını artırmaq və media sahəsində yeni təcrübələr əldə etmək istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!
Son qeydiyyat tarixi: 30.09.2023