ireli-radio-2022-ci-ilin-ilk-tecrube-proqrami--

“İrəli” Radio 2022-ci ilin ilk təcrübə proqramı

Əziz gənclər, gənclərin radiosu olan “İrəli” Radio 2022-ci ilin ilk təcrübə proqramını elan edir!

Əgər siz də dinamik, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, bu elan sizin üçündür!

Gənclərdən ibarət komandada çalışmaq, peşəkar jurnalistlər tərəfindən keçiriləcək təlimlərdə iştirak edərək praktiki bacarıqlara yiyələnmək istəyirsinizsə, bizə qoşulun!

Təcrübə 3 ay müddətində davam edəcək. Proqram tam ödənişsiz şəkildə həyata keçirilir.

Son müraciət tarixi: 15 fevral 2022-ci il.
Qeydiyyat üçün link

P.S. Bundan öncəki təcrübə proqramında iştirak etmiş gənclər də qeydiyyatdan keçə bilərlər.