"İRƏLİ" Sosial İş mərkəzi ilk Könüllülük Proqramına start verdi!
Əziz gənclər!
"İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sosial iş mərkəzi 2023-cü il üzrə ilk könüllülük proqramına start verir.
Könüllülük proqramına qatılaraq siz aşağıdakı istiqamətlər üzrə yeni bilik və bacarıqlar qazanmaq imkanı əldə edə biləcəksiniz:
- Autizm spektr pozuntusu olan gənclərlə iş;
- Daun sindromlu gənclərlə iş;
- Qazilərlə iş;
- Uşaqlarla iş;
- Məktəblilərlə iş;
- Gənclərlə iş;
- Şəhid ailələri ilə iş.
Qeyd edək ki, könüllülük proqramı 3 ay müddətində davam edəcək və könüllülük müddətini uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.
Könüllülük proqramına qatılmaq üçün əsas meyarlar:
- 17-24 yaş aralığında olmalı;
- İşində yüksək motivasiyalı olmalı;
- Təşəbbüskar və məsuliyyətli olmalı;
- Komanda ilə birgə işləmə bacarığına malik olmalı.
Əgər siz də öz fəaliyyətinizi daha da genişləndirmək və gənclərlə iş sahəsində yeni biliklər əldə etmək istəyirsinizsə, "İrəli"yə qoşulun!
Qeyd edək ki, könüllülük proqramı ödənişsiz şəkildə həyata keçirilir
Son qeydiyyat tarixi: 20 Fevral