is-dunyasi-ve-ali-tehsilde-trendler-vebinarlar-silsilesinin-novbeti--tedbirini-qacirmayin--

"İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsinin növbəti tədbirini qaçırmayın!

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), 22 sentyabr 2021-ci il, saat 19:00-da Sizi "E-ticarət və tələb etdiyi bilik-bacarıqlar" vebinarına qatılmağa dəvət edir!

Tədbirin spikeri məşhur Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində biznes analitik vəzifəsində çalışan Yaşar Əhmədov olacaq. Qeyd etmək lazıımdır ki, Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) "Sənaye mühəndisliyi" ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetində "Sənayenin idarə edilməsi" ixtisası, 2020-2021-ci illərdə isə Massaçusetts Texnologiya İnstitutunda "Təchizat zəncirlərinin idarə edilməsi" ixtisası  üzrə təhsil almışdır. O, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar, "Karbamid zavodu" layihəsində məsləhətçi (konsultant), Nestle şirkətində azsaylı yerli mühəndislərdən biri kimi çalışıb. Daha sonra BASF şirkətinin Sumqayıt şəhəri üzrə istehsalat müdiri və Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis kimi də işləyib.

 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak etmək üçün 20 sentyabr 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, tədbirdə iştirak etmək üçün məhdud sayda yer mövcuddur.