is-zamani-fasileler-mehsuldarligi-nece-artirir

İş zamanı fasilələr məhsuldarlığı necə artırır?

 

Daha yaxşı işləmək üçün insanlarda enerji və məhsuldarlıq səviyyəsi mütləq şəkildə qorunmalıdır. Davamlı və ya həddindən artıq işləmək fiziki və ya zehni  bir çox sağlamlıq problemi yarada bilər. Bu şəkildə bacarıqlarınızı tam olaraq istifadə edə bilmədiyiniz üçün davamlı işləmək faydasızdır. İş zamanı fasilələr vermək məhsuldarlığı artırmaq və daha səmərəli işləmək üçün vacibdir.

Hətta 10 dəqiqəlik fasilələr belə  işinizdə olduqca müsbət təsir edə bilər. Effektiv işləmək istəyirsinizsə aralıqlarla fasilə verməlisiniz. Bu fasilələrin məhsuldarlığı necə artırdığını göstərən bəzi cəhətlər:

Fasilələr düşünmə və çalışma keyfiyyətini artırır
Davamlı olaraq,  ara vermədən çalışmaqla ən yaxşı işləri görmək olar düşüncəsi doğru fikir deyil. Daha yaxşı çalışmaq üçün sizin açıq və aktiv zehinə ehtiyacınız vardır. Daxilən həvəs və enerji olmadan əlinizdəki işi yetərincə keyfiyyətli edə bilməzsiz. 
Kiçik fasilələrlə işinizdən ayrılan zaman ağlınıza daha yeni və innovativ ideyaların gəldiyininin də şahidi olacaqsız. Bu fasilələrdə diqqət edilməli əsas məsələ istirahət edərkən beyninizi məşğul edəcək heç bir işlə məşğul olmamaqdır.

Stressinizi azaldır
Hər hansı bir işi, xüsusilə də dedlayn ilə etdiyiniz zaman stress və gərginlik səviyyəsi avtomatik olaraq  artır. Bir çox hallarda tapşırığı vaxtında və layiqincə yerinə yetirməyə görə fasiləsiz işləməyə başlayırsız . Stressinizi azaltmadan çalışdıqda gördüyünüz işin keyfiyyəti də düşür, çünki stress məhsuldarlığı və daha yaxşı düşünmə imkanını azaldır.  Hər hansı bir işdə ən yaxşısını ortaya çıxarmaq üçün rahat olmalı və dincəlməlisən. Bunlara isə kiçik fasilələr verməklə nail olmaq  olar.
Səhv etmə ehtimalını azaldır

İstirahətsiz işləmək  səhvlərə və bərabərində ciddi problemlərə səbəb ola bilər. Hansı növ işlə məşğul olursanız olun, arada nəfəs almaq üçün bir neçə  saat geri çəkilməlisiniz. İstirahət etmiş zehinlə diqqətiniz artacaq ki, bu da səhvlərin baş vermə ehtimalını azaldacaqdır. İşi zamanında çatdırmaq qədər, səhv etməmək də önəmlidir. Hər hansı işdə olan ciddi bir səhv sizə, hətta karyeranıza ciddi problem yarada bilər.

Fasilələr işi vaxtında çatdırmağa imkan verir
Bəli, doğrudur. Əgər inanırsınızsa ki, ancaq dayanmadan çalışmaqla işi vaxtında çatdırmaq olar yanlış düşünürsüz. Hər hansı işi vaxtında çatdırmaq üçün vaxtın idarə edilməsi vacibdir ancaq, onun qədər önəmli digər məsələ də zehninizin məhsuldarlığını artırmaq üçün fasilələr verməkdir. Çünki çox yükləndikdə eləcə də stress altında beynimiz normal işləyə bilmir və bir çox şeyi doğru anlamaq olmur.
Bu vəziyyətdə çalışmaq isə vaxt itkisindən başqa bir şey deyil. Ən yaxşı yol, fikrinizi səmərəli düşünməyə və işləməyə yönəldən fasilələr verməkdir.

Zehni və fiziki sağlamlıq üçün zəruridir
Daimi və həddindən artıq iş sağlamlığınıza ciddi təsirləri mümkündür. Saatlarla fasiləsiz işləmək həm zehni, həm də fiziki sağlamlığınız üçün təhlükəlidir. Ekranın və ya hər hansı bir şeyin qarşısında davamlı iş depressiya, nevroz, diabet və ya yuxusuzluq kimi problemlərə yol aça bilir.Üstəlik, onurğa problemi, bel ağrısı və s. kimi bəzi fiziki problemlərlə də qarşılaşa bilərsiniz. Bütün bu problemlərin qarşısını almaq eləcə də, zehni və fiziki olaraq sağlam qalmaq üçün fasilələr vacibdir.

İşə olan marağınızı qoruyur
Nə qədər maraqlı olsa da  uzun müddət bir şeylə məşğul olduqda müəyyən müddət sonra artıq ondan sıxılmağa başlayırıq. Bu  üzərində çalışdığımız iş üçün də keçərlidir. İşə olan marağınız itdikdə məhsuldurlağınız da düşməyə başlayır ki, bu həmçinin səhvlər etmə ehtimalını da artırır. Çalışarkən kiçik fasilələr vermək işə olan marağı qorumaq üçün yeganə yoldur. Bununla siz işinizə  daha yaxşı fokuslanacaqsız və işə lazım olan diqqəti saxlaya biləcəksiz.
İş zamanı fasilələr  məhsuldarığınıza ciddi təsir edəcəkdir, bu fasilələr işinizi bir müddət saxlamağa səbəb olsa da geri qayıtdıqda siz daha enerjili, həvəsli və məhsuldar olduğunuzu hiss edəcəksiz.