iscemr-22-cercivesinde-teskil-olunacaq-enerji-amili-ve-davamli-iqtisadi-inkisaf-cenubi-qafqaz-modeli-workshopu-kecirilecek--

ISCEMR-22 çərçivəsində təşkil olunacaq “Enerji Amili və Davamlı İqtisadi İnkişaf: Cənubi Qafqaz Modeli” workshopu keçiriləcək

       Sizə ISCEMR-22 çərçivəsində təşkil olunacaq “Enerji Amili və Davamlı İqtisadi İnkişaf: Cənubi Qafqaz Modeli” workshopunun moderator və spikerlərini təqdim edirik.
Çağdaş dönəmdə dünyada ən vacib məsələlərdən biri olan enerji və davamlı inkişaf bir arada yerli və xarici ekspertlərin iştirakı ilə müzakirə olunacaqdır. Xüsusilə Şərqlə Qərbi birləşdirən ölkəmizin yer aldığı Cənubi Qafqaz regionu üçün də böyük əhəmiyyətə sahib olan bu mövzu sözügedən sahədə tədqiqat aparan və maraqlı olan hər kəs üçün çox faydalı olacaqdır.
      İlk dəfə olaraq siyasət elmi, iqtisadiyyat və beynəlxalq hüququn əsas elementlərini özündə ehtiva edən seminarda dəyərli qonaqlarımız enerji amilini beynəlxalq münasibətlər nəzəriyyəsi və beynəlxalq hüquq prizmasından təhlil edəcək, dünyada, xüsusən də, Cənubi Qafqaz regionunda davamlı enerji inkişafı/keçidləri və siyasi iqtisadiyyat amillərinin enerji innovasiyasına təsirlərinə toxunacaqlar.
      Panelimiz ingilis dilində keçiriləcəkdir. Mövzuya maraq göstərən və suallarını vermək istəyən izləyicilərimiz konfransımızın rəsmi Facebook və Youtube səhifələri vasitəsi ilə workshopu izləyə və suallarını spikerlərimizə ünvanlaya bilərlər.