isegoturenlere-destek-issizlere-is-imkani---

İşəgötürənlərə dəstək, işsizlərə iş imkanı !

Sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı çərçivəsində bir çox şirkət işaxtaran və işsiz şəxslərin məşğulluğuna dəstək olmağa davam edir.

Proqramda fəal iştirakı ilə seçilən işəgötürənlər arasında Qedir Xum, "Qayalı Market", "ANC GROUP" MMC və "Quba Çörək" MMC-nin də adları yer alır.

Proqrama qoşularaq sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olduqları üçün adı qeyd edilən şirkətlərə təşəkkür edirik.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edək ki, bu proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.