isegoturenlerin-iscide-axtardigi--6-esas-bacariq

İşəgötürənlərin işçidə axtardığı 6 əsas bacarıq

Əmək bazarında dəyərli və yüksək potensiallı işçi olmaq istəyirsənsə, müəyyən bacarıqları aşılamalı, inkişaf etdirməlisən.

Təhsil ocaqlarından tutmuş, qeyri-təhsil tədris metodlarına kimi bütün bildiklərin real iş mühitində fərqli görünə bilir. Ümumilikdə peşəkarlaşmağına daha çox praktiki bacarıqlarından əldə etdiyin vərdişlərin sayəsində irəlləyəcəksən. Bu işəgötürənlərin işə qəbul etmə prosesində yüksək nəticələr əldə etmək üçün sənə aşağıda qeyd etdiyimiz 6 əsas bacarıq kömək olacaq.

  • Ünsiyyət

İlk bacarıq ünsiyyətdir. İstər verbal ya qeyri-verbal ünsiyyətin qarşı tərəfdə sənin haqqında peşəkar təəsurat formalaşdırmalıdır. Müştərilərlə danışmaq və onların tələblərini başa düşmək, rəhbərliyin göstərişlərinə əməl etmək və həmkarları ilə planlar qurmaq üçün lazım olan bu keyfiyyət iş mühitində uğurlu olmana şərait yardacaq. Digər insanlarla əlaqəli hər hansı bir işdə, ünsiyyətdəki səhvlər baha başa gələ bilər.

Ötürmək istədiyin mesajların nə demək istədiyini dəqiq şəkildə əks etdirməsindən əmin ol. Bu, həmçinin yaxşı dinləyici olmaq, başqalarına aktiv qulaq asmaq və həmişə onların sözlərinə diqqət yetirmənə kömək edir.

  • Öyrənməyə açıq olmaq

Heç kim hər şeyi bilmir. İş sahəsində yeni inkişaflar və daim öyrənmək üçün yeni imkanlar axtarmaq lazımdır. İşəgötürənlərə mükəmməl hazırlanmış işçi lazım deyil. Əksinə, onlar daim artan və öyrənən, açıq və yeni şeylər kəşf etməyə hazır olan bir insan axtarırlar.

“Mükəmməl bacarıqlı işçini deyil, öyrənmə xarakterli şəxsləri işə götürmək lazımdır”

Simon Sinek

  • Yaradıcı olmaq

Yaradıcılıq həmişə vacibdir. Bu gün bir çox iş yerləri bizim problemləri yeni yollarla həll etmək və yeni ideyaları həyata keçirmək bacarığımızdan asılıdır. Bu bir tərəfdən, hamımızın böyük sənətkar olmaq və lazım olduğunda innovasiyalara qadir olmaq məcburiyyətindəyik. İstər incəsənət, kağız işi, şəxsiyyətlərarası münasibətlər və ya problemlərin həlli olsun reallıq budur ki, iş yerlərinin əksəriyyəti yaradıcılıq dərəcəsindən vəsait qazanırlar.

İnsan öz yaradıcılığını necə inkişaf etdirə bilər?  Bizim kreativliyimiz, deyəsən, anadangəlmə xüsusiyyət deyil, əksinə, nə isə inkişaf edə biləcəyimiz bir şeydir. Yaradıcı olmağa, həll etməyə, fikirlərimizlə eksperiment etməyə imkan vermək bizim yaradıcı potensialımızı inkişaf etdirmək üçün böyük bir yoldur.

  • Problemlərin həllinə konstruktiv yanaşma

Problemlərin həlli istənilən işdə lazımdır. Burada bir neçə aspekt vardır:

Bu, bacarıq günahı başqasının üzərinə yıxmaq cəhdi deyil. məsuliyyəti qəbul etməyi və onun həllində fəal iştirak etməyi nəzərdə tutur

Bu hirsli olsanız da, dağıdıq tökmək deyil, düşünə bilməkdir.

Bu, digər insanların cəlb edilməsi və ya təşəbbüsün təzahürü, tələb olunan vəziyyətə uyğun olan davranışın nümuyişi deməkdir.

  • Komanda işi

İnkişaf etdirməli olduğun növbəti bacarıq komandada işləmək bacarığıdır. Hər kəsin edə biləcəyi bir çox şey var və biz oyunu başqaları ilə yaxşı oynamalıyıq.

Yaxşı bir komanda üzvü olmaq, və ya lazım olduğu kimi təlimatlara hənrəy əməl etmək deməkdir. Bu, kompromisə getmək bacarığı deməkdir. Komanda işi, problemlərin həlli kimi, əsasən təcrübə vasitəsilə inkişaf edir, buna görə də birgə işləməyə imkan verən vəziyyətlərin axtarışı çox vacibdir.

  • Uyğunlaşa bilmək

Biz çox sürətlə dəyişən bir dünyada yaşayırıq. Təsəvvür edə bilərdikmi, məsələn, iyirmi il bundan əvvəl minlərlə adam evdə onlayn işləyir? Bu, bəzi sahələrin yüksələn və görünməmiş sürətlə dəyişdiyini bildirir.

Bugünkü işçilər dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdırlar. Yeni proqramdan istifadə etmək və ya yeni tövsiyələrə və bazar tendensiyalarına uyğun olaraq xidmətlərini uyğunlaşdırmaq üçün tez bir zamanda öyrənmək məcburiyyətindəsən.

Bu xüsusiyyətləri real iş mühitində tədbiq etməyə başla və müsbət nəticələrin şahidi ol.