isguzar-sohbetler-layihesi-cercivesinde-odenissiz-idareetmede-ceviklik-modeli-ile-bagli-seminar-kecirilecek--

"İşgüzar söhbətlər" layihəsi çərçivəsində ödənişsiz "İdarəetmədə çeviklik modeli" ilə bağlı seminar keçiriləcək

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində ödənişsiz "İdarəetmədə çeviklik modeli" ilə bağlı əyani formada seminar keçiriləcək.

Seminara qoşularaq idarəetmədə çeviklik modelinin nə olduğu və bu metodun necə işləməsi barədə məlumat əldə edəcəksiniz.

 Spiker qismində Dövlət Agentliyinin Mərkəzi Karyera filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri Əzizbikə Abdullayeva və Layihələr və monitorinq şöbəsinin aparıcı mütəxəssisi Ülviyyə Rüstəmli çıxış edəcək.

 Seminar keçiriləcək ünvan və tarix:

 Ünvan: Bakı şəhəri, Məsud Əlizadə küçəsi 135 (Bakı Regional Məşğulluq filialının inzibati binası)

Tarix: 27 fevral, 2023

Saat: 19:00

Tədbirdə iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz