İşsiz şəxslər üçün ödənişsiz təhsil və iş imkanı var
“Dövlət Məşğulluq Agentliyi”-nin (DMA) “Handex” ilə birgə əməkdaşlığına əsasən, Data Analitika peşəsi üzrə ödənişsiz və təqaüdlü peşə hazırlığı kursları təşkil edəcəyik.
Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək. Kursları uğurla bitirən şəxslərə Handex tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Peşə hazırlığında iştirak etmək üçün lazım olan meyarlar ilə tanışlıq və qeydiyyat üçün formu doldurmağınız xahiş olunur:
Kursda iştirak TAM ÖDƏNİŞSİZDİR.
- Peşə hazırlığına cəlb olunmaq istəyən vətəndaşlar üçün ilkin və əsas meyar Məşğulluq Altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olmasıdır;
- Müraciət edən şəxslər məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqləndiyi halda peşə hazırlığı kurslarına cəlb olunacaqlar.