issiz-ve-isaxtaran-kimi-qeydiyyata-alinmis-vetendaslar-artiq-onlayn-formada-muraciet-ede-bilecekler

İşsiz və işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar artıq onlayn formada müraciət edə biləcəklər

İşsiz və işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə hazırlığına cəlb olunmaq üçün artıq onlayn formada müraciət edə biləcəklər.

Bunun üçün Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında qeyd edilən keçid linkinə klikləyərək müvafiq məlumatlarınızı daxil etməyiniz kifayətdir

Vətəndaşların peşə hazırlığına https://dma.gov.az saytı vasitəsilə müraciəti və müraciətlərin idarə olunması sistemi operativliyin artırılmasına, vətəndaşların vaxtına qənaət edilməsinə, eləcə də müraciət prosesinin asanlaşdırılmasına xidmət edir.